İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) növbəti iclası videokonfrans rejimində keçirilib.
İclasda AZSTAND, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-konstruktor İnşaat Materialları İnstitutu, Energetika Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, "Mətanət A" şirkəti, “NORM” ASC, “Holcim-Azərbaycan” ASC, “Beyaz Alçı” MMC, “Metalico” MMC, “Kartaş LTD” MMC, “Fortis Group” MMC-nin nümayəndələri iştirak ediblər.
Görüşdə AZS EN 13279-1:2023 “Gips bağlayıcılar və gips suvaqları – 1-ci hissə: Təriflər və tələblər” və AZS EN 13279-2:2023 “Gips bağlayıcılar və gips suvaqları - Hissə 2: Sınaq metodları” və TS EN 206+A2:2021-04 əsasında hazırlanmış standartın o cümlədən, AZS ГОСТ 10180- 2012 “Betonlar. Yoxlama nümunələri əsasında möhkəmliyin təyini üsulları”, AZS ГОСТ 7473-2010 “Beton qarışıqları. Texniki şərtlər” və AZS ГОСТ 5180-84 “Qruntlar. Fiziki xüsusiyyətlərin laboratoriya şəraitində təyini üsulları” milli standartların layihələri müzakirə edilib.