ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK10) növbəti iclası keçirilmişdir.
7 İyul, 2021

05.07.2021-ci il tarixində “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK10) nümayəndələrinin təşkil etdiyi AZS EN 13282-2:2021 “Hidravlik yol yapışdırıcıları. Hissə 2: Normal bərkiyən hidravlik yol yapışdırıcıları-Tərkibi, texniki şərtləri və uyğunluq meyarları” standart layihəsinin son redaksiyasına baxılması və qəbul edilməsi ilə bağlı onlayn formatda növbəti iclası keçirilmişdir.

AZSTAND/TK 10-nun həmin iclasında “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik Hüquqi Şəxsin (AZSTAND) Baş direktorun müavini - Baş direktorun vəzifəsini müvəqqəti icra edən İlqar Həsənov, Baş direktorun müavini Kəmalə Məmmədzadə, Texniki Komitənin sədri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun” direktor müavini Azər Xanlarov, əlaqələndirici şəxs olaraq AZSTAND-ın “Tikinti materiallarının standartlaşdırılması şöbəsinin” müdiri Loğman İsmayılov, Texniki Komitənin məsul katibi “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Elm, texnika və smeta normaları şöbəsinin” müdir müavini  Elbrus Əliyev və TK-nın digər  nümayəndələri iştirak etmişdilər.

Texniki Komitənin (TK) müzakirəyə çıxartdığı AZS EN 13282-2:2021 standart layihəsinin AZSTAND tərəfindən standartlaşdırma sisteminə uyğunlaşdırılaraq hazırlandığı bildirildi. Texniki komitənin üzvləri tərəfindən AZS EN 13282-2:2021 standartının tətbiqinin ölkə ərazisində vacibliyindən danışıldı. Bu standart avtomobil yollarında, dəmir yollarında, hava limanlarında və digər infrastruktur obyektlərdə özüllər, əsaslar (bünövrələr), qoruyucu təbəqələr, eləcə də torpaq işləri üçün zavodda istehsal olunan və materialların işlənməsinə hazır şəkildə təchiz olunan normal şəraitdə bərkiyən hidravlik yol yapışdırıcılarına dair tələbləri və onlar üçün texniki şərtləri müəyyən edir.

Sonda Texniki Komitənin üzvlərinin səsverməsi nəticəsində AZS EN 13282-2:2021 standartı qəbul edilib, dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim olunması barədə qərar qəbul edilib.

Tarix:

7 İyul, 2021