ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitənin iclası keçirilib.
31 Oktyabr, 2024

   Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən təsis edilən, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun əsasında yaradılan “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) növbəti iclası keçirilib.
   Onlayn formatda təşkil olunan iclasda AZSTANDART və S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu ilə yanaşı Energetika Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), “Norm” ASC, “Metak”, “Penoplex Prikavkazye” və “BETONİST” MMC-lərin nümayəndələri iştirak ediblər.
   İclas zamanı “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq Avropa standartları əsasında hazırlanmış dövlət standartlarının layihələri müzakirə edilib.
   Bundan əlavə, Texniki Komitə heyəti tərəfindən “Penoplex Prikavkazye” MMC-nin AZSTAND/TK 10-a üzv qismində qəbul edilməsinə qərar verilib.
   Sonda sözügedən Texniki Komitənin cari fəaliyyəti, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb, üzvlərin rəy və təklifləri dinlənilib.

 

 

Tarix:

31 Oktyabr, 2024