Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələri Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun əsasında yaradılan “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) növbəti iclasında iştirak edib.
İclas zamanı Almaniya Fiziki-Texniki Federal İnstitutunun (Physikalisch-Technische Bundesanstalt - PTB) dəstəyi ilə həyata keçirilən “Şərq Tərəfdaşlığı Ölkələrində Artan Ticarət üçün Keyfiyyət Standartları” layihəsi (Calidena Prosesi - Dəyər zənciri: Gil dam örtüyü və döşəmə plitələri) çərçivəsində Avropa standartları əsasında hazırlanmış dövlət standartı layihələri müzakirə edilib.
Bundan əlavə, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq inşaat və istismar mərhələlərində məlumatların inteqrasiyalı idarə edilməsini təmin edən ISO 19650 seriyasından olan BİM (Binaların İnformasiya Modelləşdirilməsi) standartları üzrə layihələrə nəzər salınıb.
Sonda Texniki Komitənin cari fəaliyyəti və üzvlərin qarşıda duran vəzifələri barədə fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.