ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Tikinti sahəsi ilə bağlı yeni dövlət standartları qəbul edilib
24 Yanvar, 2024

Dövlət standartlarının qəbulu ölkə ərazisində tikinti sahəsində təhlükəsizliyin, o cümlədən tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək. 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS EN 13279-1:2023 “Gips yapışdırıcıları və gips suvaqları- Hissə 1: Təriflər və tələblər”, AZS EN 13279-2:2023 “Gips yapışdırıcıları və gips suvaqları – Hissə 2: Sınaq üsulları” və AZS ГОСТ 7473:2023 “Beton qarışıqları. Texniki şərtlər” yeni dövlət standartları qəbul edilib.
AZS EN 13279-1:2023 “Gips bağlayıcılar və gips suvaqları- Hissə 1: Təriflər və tələblər” dövlət standartı tikinti məqsədləri üçün gips bağlayıcı əsaslı toz məhsullarının xüsusiyyətlərini müəyyənləşdirir. 
AZS EN 13279-2:2023 “Gips yapışdırıcıları və gips suvaqları – Hissə 2: Sınaq üsulları” dövlət standartı EN 13279-1 standartının əhatə etdiyi bütün gips yapışdırıcıları və gips suvaqları üçün etalon sınaq üsullarını təsvir edir.
AZS ГОСТ 7473:2023 “Beton qarışıqları. Texniki şərtlər” dövlət standartı beton qarışığının texnoloji xüsusiyyətlərinə, onların hazırlanma üsuluna nəzarət, keyfiyyət göstəricilərinin uyğunluğunun qiymətləndirilməsi, həmçinin istehlakçıya təqdim olunan beton qarışığının miqdarına dair tələbləri özündə əks etdirir.
Müasir tələblərə uyğun, beynəlxalq təcrübə əsasında hazırlanan yeni dövlət standartları ölkə ərazisində tikinti sahəsində təhlükəsizliyin, o cümlədən tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə qəbul edilib.
Standart layihələrinə Tikinti materialları, məmulatları və konstruksiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) 15.11.2023-cü il tarixli iclasında baxılıb və yekdilliklə qərar qəbul edilib.

Tarix:

24 Yanvar, 2024