ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Tikinti sahəsində sementin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə beynəlxalq tələblərə uyğun dövlət standartı təsdiq edilib.
27 Dekabr, 2021

Ölkədə istehsal olunan sementlərin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə AZS EN 197-5:2021 “Sement - Hissə 5. Portland-kompozit sement CEM II/C-M və Kompozit sement CEM VI” dövlət standartı qəbul edilib.

Dövlət standartı “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK10) təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiq edilib.

Bu standart beton, inşaat məhlulu, sement məhlulu və s. hazırlanması üçün nəzərdə tutulan, EN 197-1 saylı standartın əhatə etmədiyi CEM II/C-M markalı Portland-kompozit sementi və həmçinin fərqli növ CEM VI markalı Kompozit sementi ilə əlaqədardır.

 

Tarix:

27 Dekabr, 2021