13 yanvar 2021-ci il tarixində Türk Standartları İnstitutu (TSE) və Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) arasında imzalanmış Anlaşma Memorandumu icrası məqsədi ilə TSE və AZSTAND – ın birgə təşkilatçılığı ilə 2 iyun 2021-ci il tarixində videokonfrans formatında görüş keçirilmişdir.
Video konfransda ilk olaraq Türk Standartlaşdırma İnstitutu haqqında və Azərbaycan Standartlaşdırma İnstitutunun fəaliyyəti və yeni yaradılmış Texniki Komitələr haqqında qısa məlumat verildi.
Konfransda milli texniki komitələrin güzgü komitə qismində iştirakı, Avropa standartlarının tətbiqi, standartların elektron satışı və digər məsələlər üzrə fikir mübadiləsi aparılmış, türkiyə təcrübəsi öyrənilmişdir.