ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Turizm sahəsinin standartlaşdırılması üzrə texniki komitənin növbəti iclası keçirilib.
24 Sentyabr, 2024

   Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən "Turizm və əlaqədar xidmətlər” üzrə Texniki Komitənin (AZSTAND/TK 06) növbəti iclası keçirilib.

Onlayn formatda keçirilən iclasda Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Turizm Bürosu, Azərbaycan Hotel Assosiasiyası və digər qurumların nümayəndələri iştirak ediblər.

İclas zamanı  Texniki Komitənin  fəaliyyət planına daxil olan sağlamlıq turizmi sahəsi üzrə dövlət standartları layihələri təhlil edilib, bu istiqamətdə beynəlxalq təcrübənin tətbiqi imkanları nəzərdən keçirilib. Həmçinin ölkədə sağlamlıq turizmi sahəsinə təsir edən təbii, iqtisadi və sosial amillərdən bəhs edilib, sözügedən sahənin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Sonda Texniki Komitəyə yeni üzvlərin qəbulu qaydası üzrə müvafiq şərtlərin və tələblərin müəyyən edilməsi, o cümlədən Komitənin gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

 

 

Tarix:

24 Sentyabr, 2024