ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Turizm və əlaqədar xidmətlər” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 06) növbəti iclası keçirilmişdir.
25 Fevral, 2022

22 fevral 2022-ci il tarixində “Turizm və əlaqədar xidmətlər” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 06) növbəti iclası keçirilmişdir. İclasda  Yerləşmə vasitələri üzrə alt-komitənin  yaradılması, AZS 745-2015 “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifati, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarlarının tətbiq edilməsi” standartının yenilənməsinə dair müzakirələr aparılmışdır. Texniki komitə üzvləri tərəfindən rəy və təkliflərin alınması, bu sahədə beynəlxalq təcrübənin araşdırılması və standartın son versiyasının müzakirəsi üçün növbəti iclasın keçirilməsi qərarı qəbul olunmuşdur.

Tarix:

25 Fevral, 2022