ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

"Turizm və əlaqədar xidmətlər" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 06) onlayn formatda ilk iclası keçirilmişdir.
13 Yanvar, 2021

Azərbaycan Standartlaşdırma İnstitutunun 24 fevral 2020-ci il tarixli 2023230400024 saylı əmri ilə “Turizm və əlaqədar xidmətlər ” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 06) yaradılmışdır.

Texniki Komitənin yaradılmasında əsas məqsəd ölkənin ən prioritet sahələrindən biri hesab edilən turizm sahəsini tənzimləyən normativ sənədlərin layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkilindən, bu sahədə mövcud olan standartların yeniləşdirilməsi və sonrakı istifadəsi ilə bağlı təhlillərin aparılmasından eyni zamanda müvafiq beynəlxalq və dövlətlərarası texniki komitələrin işində iştirak etməkdən ibarətdir.

13.01.2021-ci il tarixində Texniki Komitənin onlayn formatda clası keçirilmişdir. İclasın gündəliyinə Texniki Komitə tərəfindən işlənib hazırlanmış “Yerləşmə vasitələrinin təsnifatı. Yerləşmə vasitələrinə dair minimum tələblər” standart layihəsinin müzakirəsi salınmışdır. Standart yerləşmə vasitələrinin təsnifatı və anlayışlarını, yerləşmə vasitələrinin ayrı –ayrı növlərinə dair minimum tələblərin müəyyən edilməsi və tətbiq edilməsi məqsədi ilə hazırlanmışdır.

Tarix:

13 Yanvar, 2021