Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təsis etdiyi “Turizm və əlaqədar xidmətlər” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 06) növbəti iclası keçirilib.
İclasda AZSTAND əməkdaşları ilə yanaşı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri iştirak ediblər.
İclas zamanı Texniki Komitənin 2026 – cı il üzrə fəaliyyət planında yer alan macəra turizmi və halal turizm xidmətlərinə dair 4 dövlət standart layihəsi səs çoxluğu ilə qəbul edilib.
Sonda Texniki Komitənin qarşıdakı fəaliyyəti ilə bağlı müvafiq müzakirələr aparılıb.
