ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Türk Standartları İnstitutunun nümayəndələri ilə görüş
6 Sentyabr, 2022

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Türk Standartları İnstitutunun (TSE) nümayəndələri ilə görüş keçirilib.

Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun fəaliyyət istiqamətləri, prioritet istiqamətlər üzrə aparılan islahatlar barədə məlumat verib. Xidmət rəisi Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) publik hüquqi şəxslə Türk Standartları İnstitutu arasında imzalanan Anlaşma Memorandumu və Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb, AZSTAND-ın ölkə ərazisində Türkiyənin 9 mindən çox milli standartının rəsmi nəşrlərini dərc etmək hüququna malik olmasını, Türk Standartlar İnstitutu ilə əməkdaşlığın önəmini vurğulayıb.  

Türk Standartlar İnstitutunun sədri Mahmud Sami Şahin Azərbaycan Standartlaşdırma İnstitutu ilə səmərəli əlaqələrin, birgə fəaliyyətin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. 

Görüşdə iki qurum arasında təcrübə mübadiləsinin aparılması məqsədilə qarşılıqlı səfərlərin təşkil edilməsi barədə razılıq əldə olunub.

 

 

 

Tarix:

6 Sentyabr, 2022