Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTAND) Türk Standartları İnstitutunun (TSE) nümayəndələri ilə görüş keçirilib.
ASTAND-ın baş direktoru İlham Bayramov ölkədə standartlaşdırma sisteminin inkişafı və müasir tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib, Türk Standartları İnstitutunun təcrübəsinin tətbiqindən danışıb.
Türk Standartlar İnstitutunun sədri Mahmud Sami Şahin iki institut arasında imzalanan Anlaşma Memorandumu və Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlərin müsbət nəticələrini diqqətə çatdırıb.
Görüşün sonunda ISO 10002:2018 “Keyfiyyəti idarəetmə. Müştəri məmnuniyyəti. Təşkilatda şikayətlərin idarə edilməsi üzrə rəhbəredici sənəd” beynəlxalq standartı üzrə təlimlərdə iştirak etmiş AZSTAND əməkdaşlarına sertifikatlar təqdim edib.