23 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Turkiyə Respublikasının Halal Akkreditasiya Agentliyi arasında halal akkreditasiya sahəsində Anlaşma Memorandumu çərçivəsində Türkiyə və Azərbaycan arasında halal keyfiyyət infrastrukturu sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılmış İşçi Qrupunun ilk iclası keçirilmişdir.
İclasda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Turkiyə Respublikasının Halal Akkreditasiya Agentliyinin, Türk Standartlar İnstitutunun, Azərbaycan Standartlaşdırma İnstitutunun, Azərbaycan Akkreditasiya Mərkəzinin və Keyfiyyət Assosiasiyasının nümayəndələri iştirak etmişdirlər.
Tədbirdə tanışlıq məqsədi ilə keçirilən təqdimatlardan sonra hər iki ölkənin müvafiq qurumlarının sıx əməkdaşlığının davam etdirilməsi qərara alınmışdır.