ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Türkiyənin Milli Zəmin Təhlükəsizliyi İnstitutunun rəhbəri ilə görüş keçirilib
5 Fevral, 2025

  Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələri Türkiyənin Sivas Cümhuriyyət Universitetinin texnoparkında fəaliyyət göstərən Milli Zəmin Təhlükəsizliyi İnstitutunun (Ulusal Zemin Güvenliği Enstitüsü - UZGE) rəhbəri, dosent Gültəkin Coşkunla görüşüb.

  Görüş zamanı Gültəkin Coşkun  mühəndislik və təhlükəsizlik standartlarının hazırlanması, o cümlədən zəlzələ təhlükəsizliyi, sənaye obyektlərinin dayanıqlılıq testləri və sınaq laboratoriyalarında innovativ metodlardan söz açıb. Həmçinin piyada infastrukturunun təhlükəsizliyi üzrə EN 16165 “Piyada səthlərinin sürüşməyə davamlılığının təyini - Qiymətləndirmə üsulları”, TS 13882 “Piyada səthlərinin təsnifatı qaydaları – Ümumi tələblər və qiymətləndirmə üsulları”, EN 14231:2003 Təbii daşların sınaq üsulları – Riyazi rəqqas ilə sürüşmə müqavimətinin təyini”, EN 13036-4:2011 “Yol və aerodrom səthinin xüsussiyətləri – Sınaq üsulları – Hissə 4:  Səthin sürüşmə müqavimətinin/sürüşkənliyin ölçülməsi üsulu – Riyazi rəqqas ilə sınaq üsulu” Avropa və Türk standartlarının tətbiqi istiqamətində müzakirələr aparılıb.

 Sonda tərəflər arasında qarşılıqlı əməkdaşlıq məsələləri, o cümlədən müvafiq sahədə beynəlxalq təcrübənin ölkəmizdə öyrənilməsi və tətbiqi məsələlərinə nəzər salınıb.

 

 

Tarix:

5 Fevral, 2025