“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi (AZSTAND) və PGM Layihə Müfəttişliyi Mühəndisliyi və Keyfiyyətə Nəzarət Xidmətləri Sənaye Ticarət Limited Şirkətinin (PGM) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində hybrid formada (online və offline) təlimlər təşkil olunmuşdur.
AZSTAND əməkdaşları üçün təşkil olunan təlimlər ISO/IEC 17025-2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” və ISO 27001:2013 “İnformasiya texnologiyaları. İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri”, həmçinin informasiya texnologiyaları sahəsində yeni beynəlxalq standartların tələbləri, onların tətbiqi qaydalarına həsr olunmuşdur.