ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Tütünçülük sahəsində yeni dövlət standartları təsdiq edilmişdir
11 Avqust, 2020

Azərbaycan Respublikası Prezidentinin  2017-ci il 10 avqust tarixli  Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramının 7.1.3- cü “Tütünçülük sahəsində milli standartların yaradılması” bəndinin icrası məqsədi ilə  Azərbaycan Standartlaşdırma Institutu tərəfindən AZS ISO 4387:2020  “Siqaretlər — Adi analitik siqaretçəkmə qurğusundan istifadə etməklə ümumi və tərkibində nikotin olmayan quru hissəciklərin müəyyən edilməsi”, AZS ISO 8243:2020 “Siqaretlər — Nümunə götürmə”, AZS ISO 8454:2020 “Siqaretlər— Siqaret  tüstüsünün qaz fazasında karbon monoksidin (dəm qazının) müəyyənləşdirilməsi — DİQ (dispersiya olunmayan infraqırmızı analizatorları) üsulu”, AZS ISO 10315:2020 “Siqaretlər - Tüstü kondensatlarında nikotinin müəyyən edilməsi - Qaz- xromatoqrafiyası  üsulu”  dövlət standartlarının layihələri işlənib hazırlanmış və “Tütün-tütün məmulatları” üzrə Texniki komitədə (AZSTAND/TK28) müzakirəyə çıxarılmışdır.
Dövlət standartlarının layihələri  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla Azərbaycan Standartlaşdırma İnstitutunun 10 avqust 2020-ci il tarixli 202323400053  saylı əmri ilə təsdiq edilmiş və qüvvəyə minmə tarixi 07 sentyabr 2020-ci il müəyyən edilmişdir.
Dövlət standartlarının qəbul edilməsinin əsas məqsədi əhalini beynəlxalq tələblərə cavab verən keyfiyyətli məhsullarla təmin etməkdən ibarətdir.

 

 

Tarix:

11 Avqust, 2020