6, 8 və 11 aprel 2022-ci il tarixlərində “Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması üzrə Milli Planın həyata keçirilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutuna dəstək” adlı Tvinninq layihəsi çərçivəsində “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin mütəxəssisləri üçün İspaniyanın Standartlaşdırma Assosiasiyasının (UNE - Asociación Española de Normalización) eksperti tərəfindən videokonfrans formatında "Layihələrin idarə edilməsi" mövzusunda seminar keçirilmişdir.
Seminar çərçivəsində dövlət standartlarının hazırlanması üzrə layihə və proqramların idarəedilməsi, milli standartlaşdırma strategiya ilə milli standartlaşdırma qurumunun layihələr portfeli və standartlaşdırma üzrə iş planının proqram idarə edilməsi arasında qarşılıqlı əlaqə ilə bağlı geniş müzakirələr aparılmışdır. Seminarın sonunda seminarın iştirakçıları ilə İspaniyanın Standartlaşdırma Assosiasiyasının eksperti arasında sözügedən məsələlər üzrə fikir mübadiləsi aparılmışdır.