“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin rəhbərliyi və əməkdaşları 7 və 8 fevral 2022-ci il tarixlərində “Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması üzrə Milli Planın həyata keçirilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutuna dəstək” adlı Tvinninq layihəsi çərçivəsində İspaniya Standartlaşdırma İnstitutunun (UNE) eksperti tərəfindən videokonfrans formatında keçirilmiş «Milli Standartlaşdırma Strategiyası» mövzusuna dair seminarda iştirak etmişdirlər.
Təlim zamanı İnstitutun əməkdaşlarının hazırladığı «Milli Standartlaşdırma Strategiyası» layihəsi haqqında rəy və təkliflər ekspert tərəfindən təqdimat formatında nümayiş edilmiş, layihə üzrə tövsiyə və metodoloji dəstək verilmişdir. Təqdimatda həmçinin «Milli Standartlaşdırma Strategiyası» tərtibatına və formatına toxunulmuşdur.
Görüşün sonunda təlim iştirakçılarını maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılmışdır.