10-12 avqust 2022-ci il tarixlərində “Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması üzrə Milli Planın həyata keçirilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutuna dəstək” adlı Tvinninq layihəsi çərçivəsində “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin mütəxəssisləri üçün Almaniya Standartlar İnstitutu (DİN) İT eksperti tərəfindən «Rəqəmsal Transformasiya Planı» (Digital transformation) mövzusunda seminar keçirilmişdir.
Seminar çərçivəsində DİN-in rəqəmsal transformasiyası, İT strategiyası, İT idarəetməsi və infrastrukturu, İT təhlükəsizliyi və tətbiq arxitekturası, CEN-CENELEC-ın İT infrastrukturu haqqında məlumat verildi. Həmçinin, SMART standartları haqqında, onların faydası və SMART standartlarına keçid barədə də məlumat təqdim edildi.
Seminarın gedişində seminarın iştirakçıları tərəfindən Almaniya Standartlar İnstitutunun İT ekspertinə suallar verildi və müzakirələr aparıldı. Seminarın sonunda ekspert seminar iştirakçılarına Azərbaycan Standartlaşdırma İnstitutunun İT strategiyası və rəqəmsal transformasiyası planı üçün öz tövsiyyələrini verdi.