ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Tvinninq layihəsi çərçivəsində “Texniki komitələr” mövzusunda onlayn vebinar keçirilmişdir.
28 Mart, 2022

15, 16 və 17 mart 2022-ci il tarixlərində “Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması üzrə Milli Planın həyata keçirilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutuna dəstək” adlı Tvinninq layihəsi çərçivəsində “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin mütəxəssisləri üçün Almaniya Standartlar İnstitutunun (Deutsches Institut für Normung, DIN) eksperti tərəfindən videokonfrans formatında “Texniki komitələr” mövzusunda seminar keçirilmişdir.

Seminar çərçivəsində İSO portalı ilə tanışlıq, beynəlxalq texniki komitə üzvləri üçün portalın istifadə qaydaları, yeni mövzuların yaradılması və səsvermə qaydaları, həmçinin texniki komitələrin maliyyəşləməsi, maraqlı tərəflərin texniki komtələrin işinə cəlb edilməsi, sorğuların keçirilməsi ilə bağlı geniş müzakirələr aparılmışdır. Seminarın sonunda seminarın iştirakçıları ilə Almaniya Standartlar İnstitutunun eksperti arasında sözügedən məsələlər üzrə fikir mübadiləsi aparılmışdır.

 

Tarix:

28 Mart, 2022