ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisində ZOOM vasitəsi ilə geniş tərkibdə görüş keçirilmişdir.
9 Avqust, 2021

İçməli suyun keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı yeni standartın işlənib hazırlanması üçün texniki dəstək göstərmək məqsədilə beynəlxalq məsləhətçi ilə tanış olmaq və işə başlamaq üçün avqustun 6-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisində ZOOM vasitəsi ilə geniş tərkibdə görüş keçirildi. “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin “Aqrar və qida sənayesinin standartlaşdırılması” şöbəsinin müdiri Bayram Əliyev görüşdə iştirak etmişdir. Görüşdə ölkə ərazisinin coğrafiyası əsas götürülməklə Beynəlxalq, Avropa və region dövlətlərin standartları təhlil olundu. Təhlil zamanı sözügedən standart layihəsinin işlənməsi üçün ekspertlər arasında səlahiyyət bölgüsü aparılda.


 

Tarix:

9 Avqust, 2021