ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Ümumdünya Standartlar Günü”nə həsr olunmuş elmi-praktiki simpozium keçirilib
16 Oktyabr, 2024

Tədbirdə yaşıl enerjiyə keçidin əhəmiyyəti vurğulanıb, ətraf mühitə təsirin azaldılması sahəsində mövcud standartlar və dayanıqlı inkişafda standartların rolundan bəhs edilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  (ADNSU) birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” və “Ümumdünya Standartlar Günü”nə həsr olunmuş “Dayanıqlı yaşıl gələcək üçün standartlar” mövzusunda II Beynəlxalq elmi-praktiki simpozium keçirilib.

Hibrid formada keçirilmiş simpoziumun açılışında ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov, Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov, Türk Standartları İnstitutunun (TSE) Azərbaycan nümayəndəliyinin rəhbəri Gülhan Arzu Yüzereroğlu, Qazaxıstan Respublikasının Satbayev Universitetinin dekanı Darxan Erejep və ADNSU-nun Cihaz mühəndisliyi kafedrasının müdiri Lalə Bəkirova çıxış edərək dayanıqlı inkişaf və yaşıl gələcək üçün standartların rolu və tətbiqinin genişləndirilməsi, bu sahədə gənclərin rolunun artırılmasının əhəmiyyətindən bəhs ediblər.

Tədbirdə dünyada gedən iqlim dəyişiklikləri diqqətə çatdırılıb, yaşıl enerjiyə keçidin vacibliyi vurğulanıb və bu istiqamətdə yeni yanaşmalardan bəhs edilib. Ətraf mühitə təsirin azaldılması üzrə mövcud standartlar və dayanıqlı inkişafda standartların rolu barədə məlumat verilib, ekoloji təsirin ölçülməsi üçün istifadə edilən metroloji təminatın önəmi qeyd olunub.
Simpozium plenar sessiyalarla işini davam etdirib, müvafiq mövzuda təqdimatlar və müzakirələrin keçirilməsi ilə yekunlaşıb.

 

 

Tarix:

16 Oktyabr, 2024