ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK-08) fəaliyyətində iştirak üçün üzvlər dəvət olunur
20 Fevral, 2023

“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən təsis edilən  “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK-08) üzvi seçilməklə fəaliyyətində iştirak üçün uyğunluğun qiymətləndirilməsi və idarəetmə (keyfiyyət, ətraf mühit, peşə təhlükəsizliyi və.s) üzrə bilik və təcrübəyə malik şəxlər dəvət olunur.

Texniki Komitənin fəaliyyət istiqaməti uyğunluğun qiymətləndirilməsi və idarəetmə sahəsində dövlət standartlarının işlənib hazırlanması, müvafiq sahə üzrə beynəlxalq, dövlətlərarası, regional və xarici dövlətlərin standartlarının ölkə ərazisində tətbiqi üzrə rəy və təkliflərin bildirilməsindən ibarətdir.

Qeyd edək ki, Texniki Komitə standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması məqsədi ilə maraqlı tərəflərin iştirakı ilə yaradılan və ictimai əsaslarla fəaliyyət göstərən məşvərətçi qurumdur. 

Məlumat üçün bilidiririk ki, Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü  il tarixli 3721 saylı Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” nın müvafiq bəndinə uyğun olaraq beynəlxalq təcrübə nəzərə alınmaqla, standartlaşdırma üzrə texniki komitələrin fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulub.

 

Email: office@azstand.gov.az 

Telefon : (+99412)  514-96-03 (dax. 106)

Mob: (+99450) 433-78-73

 

Tarix:

20 Fevral, 2023