ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Üzüm tingləri ilə bağlı yeni dövlət standartı təsdiq edilib
19 May, 2022

Üzüm məhsulunun keyfiyyət və kəmiyyətinin yüksəldilməsi məqsədilə AZS 911:2022 “Üzüm tingləri. Texniki şərtlər” dövlət standartı təsdiq edilib.

“Üzümçülük və şərabçılıq məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitənin hazırladığı standart İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiq edilib.

Standartın tətbiqi üzüm genofondunun qorunub saxlanılmasına və üzüm istehsalının genişlənməsinə imkan yaradacaq.

 

Tarix:

19 May, 2022