ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

"Üzümçülük və şərabçılıq məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası keçirilib
20 Oktyabr, 2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun nəzdində təsis olunmuş "Üzümçülük və şərabçılıq məhsulları"nın standartlaşdırırlması üzrə Texniki Komitənin (AZSTAND/TK 22) növbəti iclası keçirilib.

İclas zamanı sözügedən Texniki Komitə tərəfindən 1 yeni dövlət standartı layihəsi, 4 dövlət standartının dövri yoxlanılmasının nəticələri, eləcə də 3 milli standartın hazırlanması üçün texnoloji təlimatlar müzakirə olunub. Müzakirələrin yekununda həmin standart layihələrinin təsdiqi məqsədilə AZSTAND-a təqdim edilməsi barədə qərar qəbul edilib.

İclasın sonunda AZSTAND-ın nümayəndələri Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun laboratoriyaları ilə yaxından tanış olaraq, orada aparılan tədqiqat işləri və laborator imkanlar barədə məlumat alıblar.

Tarix:

20 Oktyabr, 2025