ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Xam neftə dair yeni dövlət standartları qəbul edilib.
28 Dekabr, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS ASTM D6560:2023 “Xam neft və neft məhsullarının tərkibində olan asfaltenlərin (Heptanda həll olmayan maddələrin) təyini üsulu”, AZS ASTM D7623:2023 “Xam Neftdə ümumi Civə üçün Standart Sınaq üsulu Yanma ilə Qızıl Amalgama və Soyuq Buxar ilə Atom Absorbsiya üsulu” və AZS ASTM D7691:2023 “İnduksiyalı Birləşmiş Plazmalı Atom Emissiya Spektrometriyası (ICP-AES) ilə Xam Neftlərin Çoxelementli Analizinin Standart Sınaq üsulu” yeni dövlət standartları qəbul edilib.

Ölkədə standartlaşdırma sisteminin beynəlxalq standartlaşdırma sisteminə uyğunlaşdırılması, habelə Respublika ərazisində çıxarılan Naftalan nefti və ondan alınan məhsulların rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə “Naftalan nefti və ondan alınan materiallar” standartlaşdırması üzrə Texniki Komitədə (AZSTAND/TK 29) müzakirə edilmiş, konsensus əsasında qərar qəbul edilərək müvafiq qaydada təsdiq olunması üçün Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim edilib.

Bu standartlar, xam neftin tərkibində olan və insan sağlamlığına ciddi zərər vura biləcək civə, dəmir, nikel, kükürd, vanadium və asfaltenlərin miqdarının təyini üsullarını ehtiva edir.


Tarix:

28 Dekabr, 2023