Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması və ölkədə qüvvədə olan idarəetmə sistemləri sahəsində normativ sənədlərin yenilənməsi məqsədi ilə Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən beynəlxalq standart əsasında AZS ISO/IEC 17065:2021 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan organlara dair tələblər” dövlət standartının layihəsi işlənib hazırlanmışdır. Dövlət standartlarının layihələri “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK08) müzakirəyə çıxarılmışdır.
Qəbul olunmuş yeni dövlət standartı Azərbaycan Standartlaşdırma İnstitutunun 212323400014 saylı 26 fevral 2021-ci il tarixli əmri ilə təsdiq edilmiş və qüvvəyə minmişdir.
AZS ISO/IEC 17065:2021 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan organlara dair tələblər” dövlət standartı məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanların uyğunluğuna, birgə əməkdaşlığına və qərəzsizliyinə dair tələbləri ehtiva edir.