ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Yerli heyvandarlıq məhsullarının beynəlxalq standartlara uyğunlaşdırılması: istehsal və ixrac” adlı elmi-praktiki konfrans keçirilib.
6 İyun, 2024

    Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) və Kənd Təsərrüfatı Nazirliyi, Heyvandarlıq Elmi Tədqiqat İnstitutu (HETİ) birgə təşkilatçılığı ilə 29 may 2024-cü il tarixində “Yerli heyvandarlıq məhsullarının beynəlxalq standartlara uyğunlaşdırılması: İstehsal və ixrac” adlı konfrans keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd yerli heyvandarlıq sənayesinin beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması və davamlı ixrac strategiyasının hazırlanması olub. Konfransda beynəlxalq standartlara uyğun heyvandarlıq məhsullarının istehsalı, mövcud problemlər və onların həlli yolları, yerli heyvandarlıq məhsullarının daxili və xarici bazarlara çıxış imkanları, ixrac prosesləri və strategiyaları, keyfiyyətə nəzarət məhsul istehsalını artıran faktorlar, həmçinin məhsul istehsalı və marketinq strategiyaları mövzularına dair müzakirələr aparılıb. Bundan əlavə, sahibkarların müvafiq sahədə standartlaşdırmaya dair sualları cavablandırılıb.

Eyni zamanda, konfransda mütəxəssislər tərəfindən “AZSTAND-ın fəaliyyəti”, “Heyvandarlıqda standartlaşdırmanın əhəmiyyəti” və “HETİ-də fəaliyyət göstərən standartlaşdırma üzrə texniki komitənin gördüyü işlər” mövzularında təqdimatlar edilib, məruzələr dinlənilib.

Konfransın yekununda sözügedən mövzuda yerli standartların beynəlxalq standartlara uyğunlaşdırılmasına qərar verilib.

 

Tarix:

6 İyun, 2024