ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Yol nəqliyyatı” standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası keçirilib.
30 Dekabr, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Yol nəqliyyatı”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 19) növbəti iclası keçirilib.

İclasda Azərbaycan Standartlaşdırma İnstitutunun, Bakı Nəqliyyat Agentliyinin,  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Azərbaycan Texniki Universitetinin, “Toyota-Lexus” AADA-nın, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndələri iştirak ediblər.

İclas zamanı Regulation (EU) 2019/2144 “Avtonəqliyyat vasitələrinin və onların qoşquların,  sistemlərinin, komponentlərin və ayrı-ayrı texniki bölmələrin  avtomobillər üçün nəzərdə tutulmuş, onların ümumi təhlükəsizliyi və həssas yol istifadəçilərin mühafizəsi” qaydasının istinad sənədlərinin autentik tərcümələri əsasında hazırlanmış standart layihələrinin və AZS 122:2023 “Yerüstü nəqliyyat vasitələri üçün təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartı layihəsinin müzakirəsi keçirilib.

Beləliklə, 2023-cü il üzrə Fəaliyyət Planına uyğun olaraq, 4 dövlət standartı layihəsinin qəbul edilməsi barədə konsensus əsasında qərar qəbul edilib.

 

 

Tarix:

30 Dekabr, 2023