ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Zərgərlik məmulatları və qiymətli metallara dair dövlət standartları qəbul edilib
1 Dekabr, 2022

Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS ISO 24016:2022 “Zərgərlik və qiymətli metallar - Cilalanmış almazların təsnifatı - Terminologiya, təsnifat və sınaq üsulları” və AZS ISO 11426:2022 “Zərgərlik məmulatları və qiymətli metallar - Qızılın təyini - Kupelyasiya üsulu (od sınağı)” dövlət standartları qəbul edilib.

Standartlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Bu dövlət standartları qızılı müəyyən etmək üçün kupelyasiya üsulunu və cilalanmış almazların təsnifatı və təsviri üçün istifadə olunan terminologiyanı, təsnifatı və üsulları müəyyən edir.

 

Tarix:

1 Dekabr, 2022