İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (Azstand) tərəfindən AZS 926:2022 (TS 774:2015) “Süfrə zeytunu” dövlət standartı qəbul edilib.
Standart “Qida məhsullarının keyfiyyəti və texnologiyası”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 33) təqdimatı əsasında Azstand tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Bu standart süfrə zeytunu məhsuluna şamil edilir.