ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

2024-cü ilin 7 ayı ərzində milli standartlaşdırma qurumu tərəfindən standartlaşdırma sahəsində görülən işlər
13 Avqust, 2024

2024-cü ilin 7 ayı ərzində milli standartlaşdırma qurumu olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa və qüvvədə olan digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq ölkənin sosial-iqtisadi inkişafı naminə həyata keçirilən məqsədyönlü tədbirlərə töhfə verilməsi, dayanıqlı və inklüziv iqtisadi inkişaf üçün əlverişli şəraitin yaradılması və iqtisadi siyasətin prioritet istiqamətləri üzrə qəbul edilmiş Dövlət Proqramlarına dair müəyyən edilmiş tapşırıqlar nəzərə alınmaqla beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılmış 79 yeni dövlət standartı qəbul edilib. Bu normativ sənədlər müxtəlif sahələrdə ölkəmizdə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılması məqsədlərinə xidmət etməklə elmi və texnoloji nailiyyətlərin, qabaqcıl təcrübə və yeni texnologiyaların tətbiqinə şərait yaradır.

1.     Qida texnologiyası və kənd təsərrüfatı üzrə 29 dövlət standartı qəbul edilib:

1.    AZS 280:2024 “Yodlaşdırılmış xörək duzu. Texniki şərtlər”.
2.    AZS 210:2024 “Kəsmik məmulatları. Ümumi texniki şərtlər”.
3.    AZS 290:2024 “Qatılaşdırılmış şəkərli süd konservləri. Ümumi texniki şərtlər”.
4.    AZS 286:2024 “Pasterizə və ultrapasterizə (UYT) edilmiş qaymaq”.
5.    AZS 207:2024 “Yarımbərk pendirlər. Ümumi texniki şərtlər”.
6.    AZS İSO 14182:2024 “Heyvan yemləri – Fosforüzvi tərkibli pestisidlərin qalıq miqdarının təyin edilməsi – Qaz xromatoqrafiya metodu”.
7.    AZS ISO 22258:2024 “Ənənəvi Çin təbabəti – qaz xromatoqrafiyası üsulu ilə təbii məhsullarda pestisidlərin qalıq miqdarının təyin edilməsi”.
8.    AZS ГОСТ 34306:2024 “Təzə baş soğan. Texniki şərtlər”.
9.    AZS ГОСТ 14189:2024 “Pestisidlər. Nümunə götürmə, qəbul qaydaları, qablaşdırma, markalanma, daşınma və saxlanma qaydaları”.
10.    AZS 946:2024 (ГОСТ 33410-2015) “Alkoqolsuz, az alkoqollu şərab və şirə məhsulları. Yüksək effektli maye xromatoqrafiya üsulu ilə üzvi turşuların təyini”.
11.    AZS 947:2024 (ГОСТ 3343-2017) “Qatılaşdırılmış tomat məhsulları. Ümumi texniki şərtlər”.
12.    AZS ISO 22855:2024 “Meyvə və tərəvəz məhsulları. Yüksək keyfiyyətli maye xromatoqrafiya üsulu ilə benzoy turşusu və sorbin turşusu konsentrasiyalarının təyini”.
13.    AZS 069:2024 “Əridilmiş bitki yağları. Ümumi texniki şərtlər”.
14.    AZS 070:2024 “Qoz və fındıq yağları. Texniki şərtlər”. 
15.    AZS 106:2024 “Meyvə nektarları. Texniki şərtlər”. 
16.    AZS TS 1253:2024 “Xiyar (Cucumis Sativus L)”.
17.    AZS ISO 662:2024 “Heyvan və bitki mənşəli piylər və yağlar. Nəmliyin və uçucu maddələrin tərkibinin təyini”.
18.    AZS ISO 663:2024 “Heyvan və bitki mənşəli piylər və yağlar. Həll olmayan qatışıqların miqdarının təyini”. 
19.    AZS ISO 3961:2024 “Heyvan və bitki mənşəli piylər və yağlar. Yod ədədinin təyini”.
20.    AZS ISO 6320:2024 “Heyvan və bitki mənşəli piylər və yağlar. Şüasındırma əmsalının təyini”. 
21.    AZS 948:2024 (ГОСТ 16978-2019) “Tomat sousunda balıq konservləri. Texniki şərtlər”.
22.    AZS 083:2024 (TS 3628/ Temmuz 2011) “Kartof çipsi”. 
23.    AZS 099:2024 “Bildirçin əti. Texniki şərtlər”. 
24.    AZS ISO 5555:2024 “Heyvan və bitki mənşəli piyləri və yağlar. Nümunə götürmə”. 
25.    AZS 355:2024 “Qarğıdalı yağı. Texniki şərtlər”. 
26.    AZS 219:2024 “Dondurma üçün vafli. Ümumi texniki şərtlər”. 
27.    AZS 088:2024 “Bişirilmiş-hisə verilmiş kolbasalar. Ümumi texniki şərtlər”.
28.    AZS 950:2024 (TS 29181:1991) “Təzə süfrə üzümü. Nizamlanan qaz mühitli soyuducu kameralarda saxlama”.
29.    AZS 956:2024” Toyuq əti (toyuq cəmdəyi, cücələr, broyler cücələri və onların hissələri). Texniki şərtlər”.

2.    Tikinti materialları üzrə 7 dövlət standartı qəbul edilib:

1. AZS ГОСТ 10180:2024 “Betonlar. Yoxlama nümunələri əsasında möhkəmliyin təyini üsulları”.
2. AZS EN 206:2024 “Beton, xüsusiyyət, istismar, istehsal və uyğunluq”.
3. AZS EN 934-2:2024 “Kimyəvi əlavələr – Beton, qarışıq və məhlul üçün – Hissə 2: Beton üçün kimyəvi əlavələr – Təriflər, tələblər, uyğunluq, markalanma və  etiketləmə”.
4. AZS EN 520:2024 “Gipskarton lövhələr – Təriflər, tələblər və sınaq üsulları”.
5. AZS EN 15283-1:2024 “Liflərə möhkəmləndirilmiş gipskarton lövhələr – təriflər, tələblər və sınaq – Hissə 1: Keçə tipli liflərlə gücləndirilmiş gipskarton lövhələr”.
6. AZS EN 845-1:2024 "Daş hörgünün köməkçi elementləri üçün spesifikasiya – Hissə 1: Divar dartqıları, gərilmə kəmərləri, xamıtlar və kronşteynlər”.
7. AZS EN 845-2:2024 “Daş hörgünün köməkçi elementləri üçün xüsusiyyətlər – Hissə 2: Atmalar”. 
 

3.    İdarəetmə və keyfiyyət üzrə 7 dövlət standartı qəbul edilib:

1. AZS ISO/IEC 17024:2024 “Uyğunluğun qiymətləndirilməsi. Şəxslərin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara dair ümumi tələblər”. 
2. AZS ISO 21001:2024 “Təhsil təşkilatları. Təhsil təşkilatları üçün idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər”. 
3. AZS ISO/IEC 17029:2024 “Uyğunluğun qiymətləndirilməsi. Validasiya və verifikasiya orqanları üçün ümumi prinsip və tələblər”. 
4. AZS ISO 30414:2024 “İnsan resurslarının idarə edilməsi. İnsan kapitalına dair daxili və xarici hesabatvermə üzrə rəhbər qaydalar”. 
5. AZS ISO 37000:2024 “Korporativ idarəetmə. Rəhbəredici göstərişlər”.
6. AZS ISO 9000:2024 “Keyfiyyət İdarəetmə Sistemləri. Əsas müddəalar və lüğət”.
7. AZS ISO/IEC 17000:2024 “Uyğunluğun qiymətləndirilməsi. Lüğət və ümumi prinsiplər”. 


4.  İnformasiya, telekommunikasiya və elektrotexnika sahələri üzrə 10 dövlət standartı qəbul edilib:

1.    AZS ETSI/EN 301 489-17V3.2.3:2024 “Radio avadanlığı və xidmətləri üzrə Elektromaqnit Uzlaşması (EMC) standartı; 17-ci hissə: Genişzolaqlı məlumat ötürmə sistemləri üzrə xüsusi  şərtlər; Elektromaqnit uzlaşması üçün uyğunlaşdırılmış standart”.
2.    AZS ETSI TR 103 219 V1.1.1:2024 “Nitq və multimedianın translyasiyasının keyfiyyəti (STQ); LTE mühitində səsli rabitənin QoS aspektləri”.
3.    AZS ETSI TS -103.222.2 V1.2.1:2024 “Nitq və multimedianın translyasiyası keyfiyyəti (STQ); istinadların bençmarkinqi, fon trafiki profilləri və əsas səmərəlilik göstəriciləri (KPİs) ; Hissə 2: Yüksəksürətli internet üçün istinadların bençmarkinqi və  KPİs”.
4.    AZS ETSI EG -202.009-1V1.3.1:2024 “İstifadəçi qrupu: Telekommunikasiya xidmətlərinin keyfiyyəti; 1-ci hissə: İstifadəçilər üçün uyğun göstəricilərin müəyyən edilməsi metodologiyası”.
5.    AZS EN 50083-2:2024 “Televiziya sınaqları, səs siqnalları və interaktiv xidmətlər üçün kabel  şəbəkələri – Hissə 2: Avadanlıq üçün elektromaqnit uzlaşması”. 
6.    AZS CİSPR 11:2024 “Sənaye, elmi və tibbi avadanlıq – Radiotezlik pozuntularının xüsusiyyətləri – ölçmə hədləri və üsulları”. 
7.    AZS İTU-T Y 2617:2024 “Xidmət keyfiyyəti təminatlı mexanizmlər və ictimai paket kommutasiyalı  telekommunikasiya şəbəkələri üçün performans modeli”. 
8.    AZS EN 50561-1:2024 “Aşağı gərginlikli qurğularda istifadə olunan elektrik xətti rabitə aparatı - Radio pozuntuların xüsusiyyətləri - Hədlər və ölçmə üsulları - 1-ci hissə: Məişətdə istifadə üçün aparat”. 
9.    AZS EN 50130-4:2024 “Xəbərdarlıq sistemləri - Hissə 4: Elektromaqnit uzlaşması - Məhsul ailəsi standartı: Yanğın, müdaxilə, saxlama, CCTV, girişə nəzarət və sosial siqnalizasiya sitemlərinin komponentləri üçün dözümlülük tələbləri”.
10.    AZS ISO/IEC 8183:2024 “İnformasiya texnolodiyaları - Süni intellekt - Verilənlərin həyat dövrü çərçivəsi”. 


5. Sənaye sahəsi üzrə 1 dövlət standartı qəbul edilib:

1. AZS ASTM D1998:2024 “Polietilen şaquli saxlama çənləri üçün standart texniki şərtlər”. 


6. Neft və əlaqəli texnologiyalar üzrə 5 dövlət standartı qəbul edilib:

1. AZS 050:2024 “Neft bitumları. Texniki şərtlər”. 
2. AZS 376:2024 “Dizel yanacağı. Texniki şərtlər”. 
3. AZS 443:2024 “Orta və az dövrlü dizellər üçün motor yanacaqları. Texniki şərtlər”.  
4. AZS 491-2024 “Çoxfunksiyalı korroziya inhibitorları. Texniki şərtlər”.
5. AZS ГОСТ 34867:2024 “Magistral qaz kəmərləri ilə nəql edilməyə hazırlanmış təbii qaz. Texniki şərtlər”. 


7. Zərgərlik xidməti sahəsi üzrə 2 dövlət standartı qəbul edilib:

1. AZS TS 11848:2024 “Zərgərlik xidmətləri - Ümumi qaydalar”. 
2. AZS TS 12376:2024 “Zərgər - İstehsal - İşçilər üçün tələblər”. 
 

8. Ekologiya sahəsi üzrə 10 dövlət standartı qəbul edilib:

1.    AZS 949:2024 “Rəqəmsal topoqrafik xəritələr. Kartoqrafik məlumatların rəqəmsal təsviri qaydaları. Ümumi tələblər”.
2.    AZS ISO 14064-1:2024 ”İstixana effekti yaradan qazlar - 1-ci hissə.İstixana effekti yaradan qazların emissiyalarının və təmizlənməsinin kəmiyyət analizi və hesabat verilməsi üçün təşkilat səviyyəsində texniki xüsusiyyətlər və təlimat”.
3.    AZS ISO 7887:2024 “Suyun keyfiyyəti - Rəngin tədqiqi və müəyyən edilməsi”.
4.    AZS  ISO 8288:2024 “Suyun keyfiyyəti - kobalt, nikel, mis, sink, kadmium və qurğuşunun təyini - Alovlu atom absorbsiya spektrometrik üsullar”.
5.    AZS ISO 14064-2:2024 “İstixana effekti yaradan qazlar - 2-ci hissə: İstixana effekti yaradan qazların emissiyalarının azaldılmasına  və ya təmizlənməsinin artırılmasına dair kəmiyyət analizi, monitorinq və hesabatla bağlı layihə səviyyəsində təlimatlarla texniki xüsusiyyətlər”.
6.    AZS ISO 11423-1:2024 “Suyun keyfiyyəti - benzol  və bəzi törəmələrin təyini - Buxar - faza qaz xromatoqrafiya metodu”.
7.    AZS ISO 14064-3:2024 “İstixana effektiyaradan qazlar - Hissə 3 İstixana effekti yaradan qazlar haqqında bəyanatların vertifikasiya və validasiyası üzrə texniki xüsusiyyətlər və rəhbəredici göstərişlər”.

8.    AZS ISO 17943:2024 “Suyun keyfiyyəti — Uçucu üzvi birləşmələrin suda təyini — Qaz xromatoqrafı-kütlə spektrometri (QX-KS) ilə izlənən sərbəst fəzada bərk fazalı mikro ekstraksiyadan (SF-BFME) istifadə etmə üsulu”.
9.    AZS ISO 14065:2024 “Ətraf mühitlə bağlı məlumatları validasiya və verifikasiya  edən orqanlar üçün ümumi prinsiplər və tələblər”.
10.    AZS ISO 14066:2024 “Ətraf mühitlə bağlı məlumatlar - Ətraf mühitlə bağlı məlumatlarin  validasiya və verifikasiyasini edən komandaların səriştəliyinə dair tələblər”.

9. Nəqliyyat sahəsi üzrə 8 dövlət standartı qəbul edilib:

1.    AZS ECE 83:2024 “Mühərrikin yanacaq tələblərinə uyğun olaraq çirkləndiricilərin emissiyası ilə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”.
2.    AZS ECE 101:2024 “Karbon 4-oksidin həcminin və yanacaq sərfinin və/və ya elektrik enerjisinin və elektrik diapazonunun ölçülməsi ilə bağlı yalnız daxili yanma mühərriki ilə hərəkətə gətirilən, yaxud hibrid elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən minik avtomobillərinin, həmçinin elektrik enerjisinin sərfinin və elektrik hərəkətə gətirilən M1 və N1 kateqoriyalı nəqliyyat vasitələrinin  təsdiqinə dair vahid müddəalar”.
3.    AZS ECE 100:2024 “Elektrik ötürücüsünə dair xüsusi tələblərlə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”
4.    AZS 951:2024 (TS 9826:2012) “Şəhərdaxili yollar - Velosiped yolları”.
5.    AZS 952:2024 (TS 9827:1992) “Şəhərdaxili yollar - Yolkənarı piyada məhəccərləri (metal) - Yer seçimi və layihələndirmə qaydaları”.
6.    AZS 953:2024 “(TS 11782:2013) Şəhərdaxili yollar- Velosiped parklanma yerlərinin layihələndirilməsi qaydaları”.
7.    AZS 954:2024 (TS 11783:2014) “Şəhərdaxili yollar - Avtobus dayanacaq məntəqələri nöqtələrinin seçilməsi qaydaları”.
8.    AZS 955:2024 (ГОСТ P 52605:2008) “Yol hərəkətinin təşkilinin texniki vasitələri. Süni maneələr. Ümumi texniki tələblər. Tətbiq qaydaları”.

Eyni zamanda 43 dövlət standartının dövri yoxlanılması aparılıb və ya dəyişikliklər edilib:

1.    AZS ISO/IEC17024:2012 “Uyğunluğun qiymətləndirilməsi. Heyətin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara ümumi tələblər”.
2.    AZS 280:2007 “Yodlaşdırılmış xörək duzu. Texniki şərtlər”.
3.    AZS 210:2006  “Kəsmik məmulatları. Ümumi texniki şərtlər”.
4.    AZS 290:2007 “Qatılaşdırılmış şəkərli süd konservləri. Ümumi texniki şərtlər”.
5.    AZS 286:2016 “Pasterizə və ultrapasterizə (UYT) edilmiş qaymaq”.
6.    AZS 207:2006 “Yarım bərk pendirlər. Ümumi texniki şərtlər”.
7.    AZS 069-2001 “Əridilmiş bitki yağları. Ümumi texniki şərtlər”.
8.    AZS 070-2001 “Qoz və fındıq yağları. Texniki şərtlər”.
9.    AZS 106-2003  “Meyvə nektarları. Texniki şərtlər”.
10.    AZS 516-2003 “Bitki və heyvan yağları və piyləri. Nəmlik və uçucu maddələrin miqdarının təyini”.
11.    AZS 524-2010 “Bitki və heyvan yağları və piyləri. Həll olmayan qarışıqların miqdarının təyini”.
12.    AZS 519-2010 “Bitki və heyvan yağları və piyləri. Yod ədədinin təyini”.
13.    AZS 527-2010 “Bitki və heyvan yağları və piyləri. Refraksiya indeksinin təyini”.
14.    059:2001 “Etilsiz avtomobil benzinləri. Texniki şərtlər” dövlət standartının dövri yoxlanılması aparılaraq 4 saylı dəyişiklik edilmişdir.
15.    AZS 083-2003 “Kartof çipsi”.
16.    AZS 099-2003 “Bildirçin əti. Texniki şərtlər”.
17.    AZS 050:2001 “Neft bitumları. Texniki şərtlər”.
18.    AZS 514-2010 “Heyvan və bitki mənşəli piylər və yağlar. Nümunə götürmə”.
19.    AZS 355-2010 “Qarğıdalı yağı. Texniki şərtlər”.
20.    AZS 376:2009 “Dizel yanacağı. Texniki şərtlər”.
21.    AZS 219-2006 “Dondurma üçün vafli. Ümumi texniki şərtlər”.
22.    AZS 088-2003“Bişirilmiş-hisə verilmiş kolbasalar. Ümumi texniki şərtlər”.
23.    AZS ISO 9001:2020 “Keyfiyyət idarəetmə sistemləri Tələblər” dövlət standartının dövri yoxlanılması aparılaraq 2 saylı dəyişiklik edilib.
24.    AZS ISO 14001:2021 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” dövlət standartının dövri yoxlanılması aparılaraq 1 saylı dəyişiklik edilib.
25.    AZS ISO 45001:2021 “Peşə sağlamlığı və təhlükəsizliyini  idarəetməi sistemləri. Tələblər və tətbiq üzrə rəhbərlik” dövlət standartının dövri yoxlanılması aparılaraq 2 saylı dəyişiklik edilib.
26.    AZS 751.11:2013 “Təbii sularda sulfatların təyini” dövlət standartının dövri yoxlanılması aparılaraq 1 saylı dəyişiklik edilib.
27.    AZS 751.10:2013 “Təbii sularda qoxunun təyini”.
28.    AZS 443-2011 “Orta və az dövrlü dizellər üçün motor yanacaqları. Texniki şərtlər”.
29.    AZS 491-2011 “Çoxfunksiyalı korroziya inhibitorları. Texniki şərtlər”.
30.    AZS 889-2021 (İSO 9001:2012) “Yol hərəkəti təhlükəsizliyinin (УНТ) idarəetmə sistemləri və tətbiqinə  dair göstərişlər” dövlət standartının dövri yoxlanılması aparılaraq 1 saylı dəyişiklik edilib.
31.    AZS ECE 83:2012 “ Mühərrik üçün lazım olan yanacaqdan asılı olaraq zərərli maddələrin atılması baxımından nəqliyyat vasitələrinin sertifikatlaşdırılmasına dair vahid göstərişlər”.

32.    AZS ECE 101:2012 “Havaya atılan karbon 4-oksidin həcminin və yanacaq sərfinin və/və ya elektrik enerjisinin və elektrik dartı sistemində hərəkət ehtiyatının ölçülməsi baxımından yalnız daxili yanma mühərriki ilə hərəkətə gətirilən, yaxud hibrid elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən minik avtomobillərinin, həmçinin elektrik enerjisinin sərfinin və elektrik dartı sistemində hərəkət ehtiyatının ölçülməsi baxımından yalnız elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən M1 və N1 kateqoriyalı nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
33.    AZS ISO 9000:2012  “Keyfiyyəti İdarəetmə Sistemləri. Əsas müddəalar və lüğət”.
34.    AZS ISO/IEC 17000:2012 “Uyğunluğun qiymətləndirilməsi. Lüğət və ümumi prinsiplər”. 
35.    AZS ISO 22000-2022 “Qida təhlükəsizliyi idarəetmə sistemləri - Qida  zəncirində iştirak edən bütün   təşkilatlara  tələblər” dövlət standartının dövri yoxlanılması aparılaraq 1 saylı dəyişiklik edilib.
36.    AZS ISO 22301:2023 “Təhlükəsizlik və davamlılıq. İş fəaliyyətinin (biznesin) davamlılığının idarəetmə istemləri (İFDİS). Tələblər” dövlət standartının dövri yoxlanılması aparılaraq 1 saylı dəyişiklik edilib.
37.    AZS ISO 37001-2021 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Təlimatlarla bağlı tələblər” dövlət standartının dövri yoxlanılması aparılaraq 1 saylı dəyişiklik edilib.
38.    AZS ISO 50001-2022 “Enerji menecment sistemləri -  Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” dövlət standartının dövri yoxlanılması aparılaraq 2 saylı dəyişiklik edilib.
39.    AZS 073-2001 “И-8В və  И-30В markalı yağlar. Texniki şərtlər” dövlət standartının dövri yoxlanılması aparılaraq 3 saylı dəyişiklik edilib.
40.    AZS 359-2009 “BM-4 vakuum yağı. Texniki şərtlər” dövlət standartının dövri yoxlanılması aparılaraq 3 saylı dəyişiklik edilib.
41.    AZS 389-2010 “Kompressor yağları. Texniki şərtlər” dövlət standartının dövri yoxlanılması aparılaraq 3 saylı dəyişiklik edilib.
42.    AZS 391-2001 “T-1500 markalı transformator yağı. Texniki şərtlər” dövlət standartının dövri yoxlanılması aparılaraq 3 saylı dəyişiklik edilib.
43.    AZS 498:2022 “Uyğunluğun qiymətləndirilməsi. Malların sertifikatlaşdırılması qaydası" dövlət standartının dövri yoxlanılması aparılaraq 1 saylı dəyişiklik edilib.

28 dövlət standartı ləğv edilib:

1.    AZS ISO/IEC17024:2012 “Uyğunluğun qiymətləndirilməsi. Heyətin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara ümumi tələblər”.
2.    AZS 280:2007 “Yodlaşdırılmış xörək duzu. Texniki şərtlər”.
3.    AZS 210:2006  “Kəsmik məmulatları. Ümumi texniki şərtlər”.
4.    AZS 290:2007 “Qatılaşdırılmış şəkərli süd konservləri. Ümumi texniki şərtlər”.
5.    AZS 286:2016 “Pasterizə və ultrapasterizə (UYT) edilmiş qaymaq”.
6.    AZS 207:2006 “Yarım bərk pendirlər. Ümumi texniki şərtlər”.
7.    AZS 069-2001 “Əridilmiş bitki yağları. Ümumi texniki şərtlər”.
8.    AZS 070-2001 “Qoz və fındıq yağları. Texniki şərtlər”.
9.    AZS 106-2003  “Meyvə nektarları. Texniki şərtlər”.
10.    AZS 516-2003 “Bitki və heyvan yağları və piyləri. Nəmlik və uçucu maddələrin miqdarının təyini”.
11.    AZS 524-2010 “Bitki və heyvan yağları və piyləri. Həll olmayan qarışıqların miqdarının təyini”.
12.    AZS 519-2010 “Bitki və heyvan yağları və piyləri. Yod ədədinin təyini”.
13.    AZS 527-2010  “ Bitki və heyvan yağları və piyləri. Refraksiya indeksinin təyini”.
14.    AZS 083-2003 “Kartof çipsi”.
15.    AZS 099-2003 “Bildirçin əti. Texniki şərtlər”.
16.    AZS 050:2001 “Neft bitumları. Texniki şərtlər”.
17.    AZS 514-2010 “Heyvan və bitki mənşəli piylər və yağlar. Nümunə götürmə”.
18.    AZS 355-2010 “Qarğıdalı yağı. Texniki şərtlər”.
19.    AZS 376:2009 “Dizel yanacağı. Texniki şərtlər”.
20.    AZS 219-2006 “Dondurma üçün vafli. Ümumi texniki şərtlər”.
21.    AZS 088-2003 “Bişirilmiş-hisə verilmiş kolbasalar. Ümumi texniki şərtlər”.
22.    AZS 443-2011 “Orta və az dövrlü dizellər üçün motor yanacaqları. Texniki şərtlər”.
23.    AZS 491-2011 “Çoxfunksiyalı korroziya inhibitorları. Texniki şərtlər”.
24.    AZS ECE 83:2012  “Mühərrik üçün lazım olan yanacaqdan asılı olaraq zərərli maddələrin atılması baxımından nəqliyyat vasitələrinin sertifikatlaşdırılmasına dair vahid göstərişlər”.
25.    AZS ECE 101:2012 “Havaya atılan karbon 4-oksidin həcminin və yanacaq sərfinin və/və ya elektrik enerjisinin və elektrik dartı sistemində hərəkət ehtiyatının ölçülməsi baxımından yalnız daxili yanma mühərriki ilə hərəkətə gətirilən, yaxud hibrid elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən minik avtomobillərinin, həmçinin elektrik enerjisinin sərfinin və elektrik dartı sistemində hərəkət ehtiyatının ölçülməsi baxımından yalnız elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən M1 və N1 kateqoriyalı nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
26.    AZS ISO 9000:2012  “Keyfiyyəti idarəetmə sistemləri əsas müddəalar və lügət”.
27.    AZS ISO/IEC 17000:2012 “Uyğunluğun qiymətləndirilməsi. Lüğət və ümumi prinsiplər”.
28.    AZS 221-2006 “Kimyəvi əlavələr - beton, qarışıq və məhlul üçün. Bölmə 2: beton əlavələri təriflər və xüsusiyyətlər, uyğunluq, işarələmə və etiketləmə”.

Sahibkarların sifarişi əsasında 91 texniki şərt hazırlanıb, ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.

 

Tarix:

13 Avqust, 2024