2025-ci ilin yanvar-fevral ayları ərzində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa və qüvvədə olan digər normativ-hüquqi aktların tələblərinə əsasən, ölkənin sosial-iqtisadi inkişafı naminə həyata keçirilən məqsədyönlü tədbirlərin icrası məqsədilə prioritet istiqamətlərə dair qəbul edilmiş Dövlət Proqramlarında yer alan tapşırıqlar üzrə qarşıya qoyulmuş hədəflər nəzərə alınmaqla beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılmış 29 yeni dövlət standartı qəbul edilib. Bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkəmizdə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.
1. Qida texnologiyası və kənd təsərrüfatı üzrə 12 dövlət standartı qəbul edilib:
1. AZS 235:2025 “İçalat kolbasaları. Ümumi texniki şərtlər”
2. AZS 154:2025 “Pambıq mahlıcı. Yetişkənliyin müəyyən edilmə metodları”
3. AZS 969:2025 (O*z DSt 632:2018) “Pambıq mahlıcı. Qüsur və zibil qarışıqlarının müəyyən olunma metodları”
4. AZS 237:2025 “Konservləşdirilmiş ədviyyatlı qara zeytun. Texniki şərtlər”.
5. AZS 204:2025 “Karamel tipli şərq şirniyyatları. Ümumi texniki şərtlər”.
6. AZS 209:2025 “Meyvə lavaşı. Texniki şərtlər”.
7. AZS 228:2025 “Dondurma. Ümumi texniki şərtlər”.
8. AZS 326:2025 “Qurudulmuş ədviyyat qarışıqları. Texniki şərtlər”.
9. AZS 315:2025 “Toyuq ətindən hisə verilmiş-bişirilmiş məhsullar. Texniki şərtlər”.
10. AZS 212:2025 “Qatılaşdırılmış balqabaq şirəsi. Texniki şərtlər”.
11. AZS ГОСТ 33336:2025 “Köpüklənən şərablar. Ümumi texniki şərtlər”.
12. AZS 113:2025 “Tünd meyvə içkiləri. Ümumi texniki şərtlər”
2. Tikinti materialları üzrə 3 dövlət standartı qəbul edilib:
1. AZS EN 1024:2025 “Kəsintili (hissə-hissə) döşənmə üsulu ilə vurulan keramik dam örtüyü plitələri - Həndəsi xüsusiyyətlərin təyini”.
2. AZS EN 1304:2025 “Keramik dam örtüyü plitələri və fitinqlər - Məhsula dair anlayışlar və xüsusiyyətlər”.
3. AZS EN 12201-1:2025 “Su təchizatı, drenaj və təzyiqli tullantı suları üçün plastik boru kəməri sistemləri - Polietilen (PE) - Hissə 1: Ümumi tələblər”.
3. İnformasiya, telekommunikasiya və elektrotexnika sahələri üzrə 4 dövlət standartı qəbul edilib:
1. AZS EN 30-2-1:2025 “Qaz ilə işləyən məişət mətbəx texnikası - 2 - 1-ci hissə: Enerjidən səmərəli istifadə - Ümumi”.
2. AZS EN 15218:2025 “Yerləşgələrin soyudulması üçün buxarlandırıcı ilə soyutma kondensatorlu və intiqallı kompressorlu kondisionerlər və mayeli soyuducu aqreqatlar - Terminlər, təriflər, sınaq şərtləri, sınaq üsulları və tələblər”
3. AZS ISO/IEC 27701:2025 “Təhlükəsizlik üsulları - Fərdi məlumatların idarə edilməsi ilə bağlı ISO/IEC 27001 və ISO/IEC 27002 standartlarına əlavə - Tələblər və təlimatlar”.
4. AZS IEC 62512:2025 “Məişət qurutma funksiyalı elektrik paltaryuyan maşınlar - Effektivliyin ölçülmə üsulları”.
4. Neft-qaz və əlaqəli texnologiyalar üzrə 5 dövlət standartı qəbul edilib:
1. AZS 446:2025 “Benzin mühərrikləri və universal motorlar üçün yağlar. Texniki şərtlər”
2. AZS ГОСТ 20502:2025 “Yağlar və onlar üçün aşqarlar. Korroziyaya uğramanın təyini üsulları”
3. AZS 449:2025 “Soyuducu maşınlar üçün yağlar. Texniki şərtlər”.
4. AZS 448:2025 “Sənaye yağları Texniki şərtlər”.
5. AZS 589:2025 “T-1500 - 30 və T-1500 - 45 markalı transformator yağları Texniki şərtlər”.
5. Ətraf mühit üzrə 2 dövlət standartı qəbul edilib:
1. AZS ISO 16075-1:2024 “Təmizlənmiş tullantı sularının suvarma layihələrində istifadəsi üzrə təlimatlar. Hissə 1: Suvarma üçün suyun təkrar istifadə layihəsinin əsas prinsipləri”.
2. AZS ISO 12846:2025 “Suyun keyfiyyəti - Civənin təyini - Zənginləşdirmə ilə və zənginləşdirmədən atom absorbsiya spektrometrindən (AAS) istifadə üsulu”.
6. Nəqliyyat sahəsi üzrə 3 dövlət standartı qəbul edilib:
1. AZS ECE 83:2025 “Mühərrikin yanacaq tələblərinə uyğun olaraq çirkləndiricilərin emissiyası ilə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”
2. AZS ECE 100:2025 “Elektrik ötürücülərinə dair xüsusi tələblərlə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”.
3. AZS ECE 101:2025 “Karbon 4-oksidin həcminin və yanacaq sərfinin və/və ya elektrik enerjisinin və elektrik diapazonunun ölçülməsi ilə bağlı yalnız daxili yanma mühərriki ilə hərəkətə gətirilən, yaxud hibrid elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən minik avtomobillərinin, həmçinin elektrik enerjisinin sərfinin və elektrik diapazonunun ölçülməsi baxımından yalnız elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən M1 və N1 kateqoriyalı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”
22 dövlət standartının dövrü yoxlanılması aparılıb və ya dəyişikliklər edilib:
1. AZS 468-2011 “Qarışıq meyvə nektarları. Rəhbər göstərişlər”.
2. AZS 446:2010 “Benzin mühərrikləri və universal motorlar üçün yağlar. Texniki şərtlər”.
3. AZS 449:2010 “Soyuducu maşınlar üçün yağlar. Texniki şərtlər”.
4. AZS 448:2010 “Sənaye yağları. Texniki şərtlər”.
5. AZS 589:2011 “T-1500-30 və T-1500-45 markalı transformator yağları. Texniki şərtlər”.
6. AZS 235:2006 “İçalat kolbasaları. Ümumi texniki şərtlər”.
7. AZS 154:2005 “Pambıq mahlıcı. Yetişkənliyinin müəyyən edilmə metodları”.
8. AZS ECE 83:2024 “Mühərrikin yanacaq tələblərinə uyğun olaraq çirkləndiricilərin emissiyası ilə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”.
9. AZS ECE 100:2024 “Elektrik ötürücülərinə dair xüsusi tələblərlə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”.
10. AZS ECE 101:2024 “Karbon 4-oksidin həcminin və yanacaq sərfinin və/və ya elektrik enerjisinin və elektrik diapazonunun ölçülməsi ilə bağlı yalnız daxili yanma mühərriki ilə hərəkətə gətirilən, yaxud hibrid elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən minik avtomobillərinin, həmçinin elektrik enerjisinin sərfinin və elektrik diapazonunun ölçülməsi baxımından yalnız elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən M1 və N1 kateqoriyalı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”.
11. AZS 237-2006 “Konservləşdirilmiş ədviyyatlı qara zeytun. Texniki şərtlər”.
12. AZS 204-2006 “Karamel tipli şərq şirniyyatları. Ümumi texniki şərtlər”.
13. AZS 209-2006 “Meyvə lavaşı. Texniki şərtlər”.
14. AZS 228-2006 “Dondurma. Ümumi texniki şərtlər”.
15. AZS 326-2008 “Qurudulmuş ədviyyat qarışıqları. Texniki şərtlər”.
16. AZS 806-1-2014 “Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 1: Ümumi tələblər”.
17. AZS 564:2011 “Torpağın keyfiyyəti - torpağı qeydiyyata almaq üçün format və ərazi haqqında məlumat” dövlət standartının dövri yoxlanılması aparılaraq 1 saylı dəyişiklik edilmişdir.
18. AZS 269-2007 (ГОСТ 17.2.1.01-76) “Təbiəti mühafizə. Atmosfer. Tullantıların tərkibi üzrə təsnifat”.
19. AZS 315-2008 “Toyuq ətindən hisə verilmiş - bişirilmiş məhsullar. Texniki şərtlər”.
20. AZS 212-2006 “Balqabaq balı. Texniki şərtlər”.
21. AZS 066-2001 “Köpüklənən şərablar. Ümumi texniki şərtlər”.
22. AZS 113-2003 “Tünd meyvə içkiləri. Ümumi texniki şərtlər”.
19 dövlət standartı ləğv edilib:
1. AZS 446:2010 “Benzin mühərrikləri və universal motorlar üçün yağlar. Texniki şərtlər”.
2. AZS 449:2010 "Soyuducu maşınlar üçün yağlar. Texniki şərtlər"
3. AZS 448:2010 “Sənaye yağları. Texniki şərtlər”.
4. AZS 589:2011 “T-1500-30 və T-1500-45 markalı transformator yağları. Texniki şərtlər”.
5. AZS 235:2006 “İçalat kolbasaları. Ümumi texniki şərtlər”.
6. AZS 154:2005 “Pambıq mahlıcı. Yetişkənliyinin müəyyən edilmə metodları”.
7. AZS ECE 83:2024 “Mühərrikin yanacaq tələblərinə uyğun olaraq çirkləndiricilərin emissiyası ilə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”.
8. AZS ECE 100:2024 “Elektrik ötürücülərinə dair xüsusi tələblərlə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”.
9. AZS ECE 101:2024 “Karbon 4-oksidin həcminin və yanacaq sərfinin və/və ya elektrik enerjisinin və elektrik diapazonunun ölçülməsi ilə bağlı yalnız daxili yanma mühərriki ilə hərəkətə gətirilən, yaxud hibrid elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən minik avtomobillərinin, həmçinin elektrik enerjisinin sərfinin və elektrik diapazonunun ölçülməsi baxımından yalnız elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən M1 və N1 kateqoriyalı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”.
10. AZS 237-2006 “Konservləşdirilmiş ədviyyatlı qara zeytun. Texniki şərtlər”.
11. AZS 204-2006 “Karamel tipli şərq şirniyyatları. Ümumi texniki şərtlər”.
12. AZS 209-2006 “Meyvə lavaşı. Texniki şərtlər”.
13. AZS 228-2006 “Dondurma. Ümumi texniki şərtlər”.
14. AZS 326-2008 “Qurudulmuş ədviyyat qarışıqları. Texniki şərtlər”
15. AZS 806-1-2014 “Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 1: Ümumi tələblər”.
16. AZS 315-2008 “Toyuq ətindən hisə verilmiş - bişirilmiş məhsullar. Texniki şərtlər”.
17. AZS 212-2006 “Balqabaq balı. Texniki şərtlər”.
18. AZS 066-2001 “Köpüklənən şərablar. Ümumi texniki şərtlər”.
19. AZS 113-2003 “Tünd meyvə içkiləri. Ümumi texniki şərtlər”.
30 texniki şərt qeydiyyata alınıb.