ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru Namiq Tağıyev Beynəlxalq Standartlaşdırma Təşkilatının Baş Assambleyasında iştirak etmişdir
28 Sentyabr, 2018

Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru Namiq Tağıyev Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) cari ilin 24-28 sentyabr tarixlərində keçirilən Baş Assambleyasında iştirak etmək məqsədilə İsveçrənin Cenevrə şəhərinə səfər etmişdir.  Baş Assambleya çərçivəsində N.Tağıyev beynəlxalq ticarət, texnologiyalar və innovasiyaların inkişafında standartların rolu, standartlaşdırmanın dövlət, sənaye və istehlakçılar üçün əhəmiyyəti nəzərə alınmaqla  ictimai siyasət (public policy) vasitəsilə dəstəklənməsi və bir sıra standartlaşmanın aktual problemlərinə dair dinləmələrdə iştirak etmiş, Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisi tərəfindən təşkil olunmuş  “BMT-nin Dayanıqlı İnkişaf hədəfləri (UN  SDGs) və beynəlxalq standartlar” mövzusunda xüsusi  sessiyaya dəvət olunmuşdur.

Səfər çərçivəsində bir sıra ölkələrin milli stadnartlaşdırma orqanlarının təmsilçiləri, biznes nümayəndələri ilə görüşlər keçirilmiş və əməkdaşlıq perspektivləri, yeni ikitərəfli partnyorluq münasibətlərinin qurulmasına dair müzakirələr aparılımışdır. Bununla bağlı olaraq, AZSTAND və Qazaxıstan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu (КАЗИНСТ) və Rusiya standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi üzrə elmi-texniki məlumat mərkəzi (ФГУП «СТАНДАРТИНФОРМ») arasında əməkdaşlıq sazişləri imzalanmışdır. Sazişlər tərəflər arasında standartların işlənməsi, texniki normativ sənədlərin və uyğunluğun qiymətləndirilməsi sahəsində məlumatların ötürülməsi, standartlaşdırma sahəsində mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsi, qabaqcıl  təcrübənin öyrənilməsi məqsədi ilə nümayəndə heyətlərinin və mütəxəssislərin mübadiləsi, birgə seminarlar və simpoziumların keçirilməsi,  müxtəlif beynəlxalq və regional təşkilatlar çərçivəsində birgə fəaliyyətin dəstəklənməsi   kimi qarşılıqlı maraq doğuran məsələləri özündə ehtiva  edir. 

 

 

 

Tarix:

28 Sentyabr, 2018