ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZS 216:2024 “İçməli təbii mineral sular. Ümumi texniki şərtlər” dövlət standartı yenidən işlənilib
30 Avqust, 2024

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən AZS 216:2024 “İçməli təbii mineral sular. Ümumi texniki şərtlər” dövlət standartı layihəsi “Qida məhsullarının keyfiyyəti və texnologiyasının  standartlaşdırması üzrə Texniki Komitə (AZSTAND/TK 33) tərəfindən yenidən işlənilib. 

Dövlət Standartının yenidən işlənilməsinin əsas məqsədi insan həyatı və sağlamlığı üçün  vacib əhəmiyyət daşıyan beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə, o cümlədən digər dövlətlərin müvafiq milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanaraq suya olan  tələbatın təmin edilməsidir.

Qeyd edək ki, Dövlət standartının yenidən işlənilməsi istiqamətində AZSTANDART və Naxçıvan Muxtar Respublikasında yerləşən içməli təbii mineral suların emalı sahəsində fəaliyyət göstərən “Sirab” və “Badamlı” müəssisələrinin nümayəndələri arasında görüş keçirilib.

Görüş zamanı hər iki müəssisənin verdiyi təkliflər dəyərləndirilərək  standart layihəsində öz əksini tapıb.
Standart layihəsinin qüvvəyə minməsi mineral suların 18-dən yuxarı ölkəyə ixrac edilməsinə, o cümlədən istehlakçıların içməli təbii mineral sulara olan tələbatının tam ödənilməsinə zəmin yaradacaq.


 

Tarix:

30 Avqust, 2024