ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND Beynəlxalq Elektrotexniki Kommissiyanın ümumi iclasında iştirak edib
26 Noyabr, 2026

Tədbirlər zamanı beynəlxalq standartların qəbulu, uyğunluğun qiymətləndirməsi sahəsinin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətlərində müzakirələr aparılıb.  

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə, eləcə də gənc mütəxəssislər Nəzrin Əliyeva və Çinarə Hacızadə Almaniya Federativ Respublikasının Hamburq şəhərində keçirilən Beynəlxalq Elektrotexniki Kommissiyanın (IEC) 90-cı ümumi iclasında iştirak ediblər.

Almaniya Elektrik, Elektron və İnformasiya Texnologiyaları Komissiyası (DKE) tərəfindən təşkil edilən toplantı çərçivəsində IEC-in Baş Assambleya iclası, Milli Komitə Prezidentləri Forumu, IEC Forumu (IF), IEC İcması Simpoziumu, IEC-də Qadınlar, 2026 IEC Gənc Mütəxəssislər, Milli Komitələr üçün Açıq Sessiya və digər tədbirlər baş tutub.

IEC İcması Simpoziumunda Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadənin "IEC və yaşıl, rəqəmsal və etibarlı enerji keçidində standartların rolu" mövzusunda panel sessiyasında çıxışı dinlənilib. Çıxış zamanı maraqlı tərəflər arasında etimadın gücləndirilməsi və yaşıl elektrikləşdirmənin miqyasının genişləndirilməsində IEC standartlarının tətbiqinin əhəmiyyəti vurğulanıb.

Bundan əlavə, "IEC-də Qadınlar" tədbirində beynəlxalq standartlaşdırmanı daha inklüziv etmək üçün müzakirələr təşkil olunub və təcrübə mübadiləsi aparılıb.

Həmçinin 2026 “IEC Gənc Mütəxəssislər” proqramı çərçivəsində beynəlxalq standartların hazırlanması və razılaşdırılması proseslərini əhatə edən “Bir gündə standart” praktiki təlimi keçirilib. Təlim zamanı texniki komitələrin iş prinsipləri, standart layihələrinə rəylərin hazırlanması, konsensus əsasında qərarların qəbulu və uyğunluğun qiymətləndirilməsi mexanizmlərinə nəzər salınıb. 

Əlavə olaraq, Çin Standartlaşdırma Administrasiyasının (SAC) katiblik etdiyi IEC Çin Milli Komitəsi ilə görüş keçirilib. Görüş zamanı Milli Komitələrin beynəlxalq standartlaşdırma prosesində iştirakı, IEC-in əsas fəaliyyət istiqamətləri və beynəlxalq standartların hazırlanmasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

 



 

 

Tarix:

26 Noyabr, 2026