ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Turizm və əlaqədar xidmətlər” standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası keçirilib
24 Noyabr, 2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təsis etdiyi “Turizm və əlaqədar xidmətlər” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 06) növbəti iclası keçirilib.

İclasda AZSTAND nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Turizm Bürosu, eləcə də Azərbaycan Turizm və Menecment Universitetinin təmsilçiləri iştirak ediblər.

İclas çərçivəsində Texniki Komitənin 2026-cı il üzrə fəaliyyət planına uyğun olaraq, beynəlxalq standartların autentik tərcüməsi əsasında hazırlanmış dövlət standartı layihələri müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq, müvafiq qurumların rəy və təklifləri nəzərə alınmaqla 3 dövlət standartı layihəsi səs çoxluğu ilə qəbul edilib.

Müzakirə olunan daha iki standart layihəsi turistlərin məlumatlandırılması, yerləşmə vasitələrinə dair ekoloji tələblər, dayanıqlı turizm, eləcə də xüsusi mühafizə olunan təbiət ərazilərində göstərilən xidmətlərin tənzimlənməsi istiqamətlərini əhatə edib.

Qeyd: “Turizm və əlaqədar xidmətlər” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 06) Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin bazasında yaradılıb. Komitənin yaradılmasında əsas məqsəd turizm sektorunda standartlaşdırma fəaliyyətinin təkmilləşdirilməsi, müvafiq normativ sənədlərin hazırlanması və ekspertizasının təşkili, eləcə də beynəlxalq standartlaşdırma proseslərində ölkənin iştirakının təmin edilməsidir.

Tarix:

24 Noyabr, 2026