ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND nümayəndəsi “Elm” nəşriyyatının 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edib
29 Yanvar, 2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktor v.m.i.e. Kəmalə Məmmədzadə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm” nəşriyyatının 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edib.

Tədbir zamanı “Elm” nəşriyyatının zəngin tarixi yolu və ölkənin elmi-mədəni mühitinə verdiyi əhəmiyyətli töhfələri qeyd olunub. Bildirilib ki, nəşriyyat bu gün də müasir tələblərə uyğun fəaliyyət göstərir, maddi-texniki bazası gücləndirilir və elmi nəşrlərin keyfiyyətinin artırılması istiqamətində ardıcıl işlər aparılır.

AZSTAND nümayəndəsi K. Məmmədzadə öz növbəsində bir əsrlik fəaliyyəti müddətində Azərbaycanın elmi, təhsili və milli-mədəni irsinin inkişafında “Elm” nəşriyyatının müstəsna rolundan bəhs edib. Müəssisənin uzun illər fundamental və tətbiqi elmi əsərlərin nəşrində, eləcə də alimlərimizin zəngin intellektual irsinin qorunub saxlanılmasında etibarlı platforma olduğu diqqətə çatdırıb. O həmçinin bildirib ki, AZSTAND tərəfindən AMEA-nın “Elm” nəşriyyatının bazasında “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 52) təsis edilib.

Qeyd olunub ki, sözügedən komitə informasiya idarəçiliyinin təkmilləşdirilməsi, sənədlərin düzgün tərtibatı və saxlanması, eləcə də nəşriyyat məhsulları və kitabxana işinin keyfiyyətinin artırılmasına dair dövlət standartlarının qəbulunda bilavasitə iştirak edir.

Çıxışın sonunda AZSTAND/TK 52 tərəfindən hazırlanan AZS ISO 3297:2026 “İnformasiya və sənədləşdirmə. Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN)” və AZS ISO 6357:2026 “Sənədləşdirmə. Kitab və digər nəşrlərdə cildin kötük hissəsindəki başlıqların tərtibatı” dövlət standartlarının rəsmi nüsxələri AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə təqdim olunub.

Tarix:

29 Yanvar, 2026