Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND)nümayəndəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə sahibkarlar üçün keçirilən onlayn görüşdə ISO 14001 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və tətbiqinə dair rəhbərlik” standartının mahiyyəti və üstünlükləri barədə təqdimatla çıxış edib.
Tədbirin keçirilməsində əsas məqsədi, müəssisələrin resurslardan səmərəli istifadə etmələri və tullantıların azaldılması yolu ilə ətraf mühit performanslarını yaxşılaşdırmalarına dəstək olmaq, həmçinin, ISO 14001 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və tətbiqinə dair rəhbərlik” standartının tətbiqi ilə sahibkarların rəqabət üstünlükləri əldə edə biləcəyi və maraqlı tərəflərin inamını qazana biləcəkləri barədə məlumatlandırmaqdır.
Görüşdə, beynəlxalq standartının tələbləri və tətbiqi barədə ətraflı məlumat verilib. Tədbirdə iştirak edən biznes subyektləri, standartın tətbiqinin onlar üçün hansı faydalar təmin edə biləcəyini öyrənib, həmçinin iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.
Qeyd edək ki, təlim Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planı çərçivəsində keçirilib.
