ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND tərəfindən “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb
30 İyun, 2025

   Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatının bazasında “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 52 ) təsis edilib.

Texniki komitənin əsas məqsədi fəaliyyət istiqamətləri üzrə vahid texniki yanaşmanın formalaşdırılması, milli informasiya infrastrukturunun inkişafı, nəşriyyatlar, kitabxanalar, arxivlər, muzeylər, indeksləşdirmə, sənəd mühafizəsi, rəqəmsal informasiya sistemləri və digər əlaqəli sahələrdə xidmət və məhsulların keyfiyyətinin artırılması, eləcə də beynəlxalq tələblərə uyğunlaşdırılmasına istiqamətlənmiş dövlət standartlarının hazırlanmasıdır. Belə standartlar gələcəkdə elmi informasiya və sənədləşdirmə sahələrində vahid terminoloji bazanın yaradəlmasına və tətbiqinə imkan verəcək.

Qeyd edək ki, AZSTAND/TK 52-nin tərkibinə nəşriyyat və mətbuat, ali təhsil müəssisələri, o cümlədən elmi-təqdiqat institutlarının nümayəndələri daxil edilib.

 

 

 

Tarix:

30 İyun, 2025