AZSTANDART-ın Çağrı Mərkəzi fəaliyyətə başlayır
30 Oktyabr, 2024
Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) 8771 Çağrı Mərkəzinə qoşulur.
Müraciətçilər 01.11.2024-cü il tarixindən etibarən 8771 qısa nömrəsinə aşağıdakı məsələlərlə bağlı suallarını ünvanlaya bilərlər:
- Standartların qəbulu və rəsmi nəşrlərin əldə edilməsi;
- Standartların tətbiqi üzrə məsləhət xidmətlərinin təmin edilməsi;
- Texniki şərtlərin qeydiyyatı və hazırlanması üzrə məsləhət xidmətləri;
- Laborator sınaq xidmətləri;
- Standartların elektron satış xidmətləri üzrə təlimatlandırma;
- Uyğunluğun qiymətləndirilməsi xidmətləri – malların, xidmətlərin və idarəetmə sistemlərinin sertifikatlaşdırılması;
- Təlim xidmətləri və personalın sertifikatlaşdırılması.
Qeyd edək ki, Çağrı mərkəzi həftənin iş günləri 09:00-18:00 saatlarında müraciətçilərin xidmətində olacaq