ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTANDART nümayəndələri SMIIC-in 13-cü “Texniki Komitələr Həftəsi” görüşlərində iştirak ediblər
11 Oktyabr, 2024

   Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) nümayəndə heyəti Türkiyə Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində heyət İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) İstanbul şəhərində təşkil olunan 13-cü “Texniki Komitələr Həftəsi” görüşlərində iştirak ediblər.

  “Texniki Komitələr Həftəsi” görüşləri zamanı “Uyğunluğun Qiymətləndirilməsi  Standartlar üzrə SMIIC Komitəsi”, TK 1 “Halal Qida Məsələləri”, TK 2 “Halal Kosmetika Məsələləri”, TK 3 “Xidmət Sahəsi Məsələləri”, TK 4 “Enerji Səmərəliliyi və Bərpa Olunan Enerji”, TK 5 “Turizm və əlaqədar xidmətlər”, TK 6 “Kənd Təsərrüfatı Məhsulları” , TK 7 “Nəqliyyat”, TK 8 “Dəri və aşılayıcı material”, TK 9 “Tekstil və əlaqədar məhsullar”, TK 10 “Halal Təchizat Zənciri”, TC 11 “Halal İdarəetmə Sistemləri”, TK 13 “Zərgərlik”, TK 14 “Neft və əlaqədar məhsullar”, TK 15 “Terminologiya Komitəsi”, TK 16 “Əczaçılıq Məsələləri” və TK 17 “Əl işi” standartlaşdırma üzrə Texniki Komitələrin  iclasları təşkil olunub.              

  Sözügedən iclaslarda Azərbaycanla yanaşı, Malayziya, Qətər, Misir, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Əfqanıstan, Sudan, Fələstin, Səudiyyə Ərəbistanı, Bosniya və Herseqovina, Türkiyə, Qazaxıstan və digər ölkələrin standartlaşdırma qurumlarının nümayəndələri iştirak ediblər.

  İclaslar  zamanı beynəlxalq standart layihələrinə dair üzv ölkələr tərəfindən verilən rəy və təkliflər müzakirə edilib, işçi qrupların müvafiq sahələrdə təqdimat və hesabatları dinlənilib. Həmçinin həmin layihələrin tətbiqinə dair səsvermələr  keçirilib.

   Tədbirin yekununda Texniki Komitələrə rəhbərlər seçilib, yeni standart layihələrinin icarası üzrə işçi qrupları təsdiqlənib, o cümlədən təklif olunan standart layihələrinin hazırlanmasına dair qərarlar qəbul edilib.

 

 

 

 

Tarix:

11 Oktyabr, 2024