ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTANDART nümayəndəsi “Rəqəmsal İmkanların Yetkinlik Qiymətləndirmə Modelinin inkişafı” tədbirində iştirak edib
12 Dekabr, 2024

                  AZSTANDART standartlaşdırma proseslərini təkmilləşdirmək və innovasiyaların təşviqi üçün qlobal təşəbbüs layihələrində iştirakını davam etdirir. 

   Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) nümayəndəsi İsveçrənin Cenevrə şəhərinə işgüzar səfər edib.

Səfər çərçivəsində AZSTANDART əməkdaşının “Rəqəmsal İmkanların Yetkinlik Qiymətləndirmə Modelinin (DMAS) inkişafı”na dair Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) icmal iclasında iştirakı təmin olunub. 

Tədbirdə rəqəmsal transformasiya strategiyalarının müzakirəsi və bu sahədə pilot layihələrin gedişatını qiymətləndirmək məqsədilə ekspertlər və ISO təşkilatına üzv dövlətlərin müvafiq standartlaşdırma qurmlarından nümayəndələr bir araya gəliblər

İclas zamanı rəqəmsal transformasiya ilə bağlı çağırışlar, innovativ həllər və gələcək imkanlar üçün əməkdaşlıq yanaşmaları barədə fikir mübadiləsi aparılıb

 

 

 

Tarix:

12 Dekabr, 2024