Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 31000:2022 “Risklərin idarə olunması. Rəhbəredici göstərişlər” standartı əsasında təlim təşkil olunub.
“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması şöbəsinin müdiri Saday Əliyev tərəfindən keçirilən təlimdə AZSTAND nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Metrologiya İnstitutu, “Ecomedi” MMC-nin, ümumilikdə 50-yə yaxın nümayəndəsi iştirak edib.
Təlimdə AZS ISO 31000:2022 “Risklərin idarə olunması. Rəhbəredici göstərişlər” standartının əsas prinsip və müddəaları, risklərin müəyyənləşdirilməsi, emalı, təhlili və qiymətləndirilməsi istiqamətində praktiki biliklər təqdim olunub. Həmçinin təşkilatlarda qərarvermə prosesi zamanı risklərin nəzərə alınması və normativ tələblərə uyğun fəaliyyətin təşkili barədə geniş məlumat verilib.
Qeyd: Sözügedən təlim Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının 1 may 2025-ci il tarixli iclasının 4 saylı Protokolu ilə təsdiqlənmiş “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin olunması sahəsində mütəxəssislərə olan ehtiyacın araşdırılması, elmi, texniki və kadr potensialının genişləndirilməsi və bununla bağlı müvafiq işlərin əlaqələndirilməsinə dair 2025–2027-ci illər üzrə Tədbirlər Planı”nın 5-ci bəndinin icrası məqsədilə təşkil edilib.





