ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTANDART tərəfindən hazırlanan yeni dövlətlərarası standart qəbul edilib
18 Dekabr, 2024

Milli məhsul üzrə yeni dövlətlərarası standartın tətbiqi Azərbaycan məhsulunu geniş müstəvidə tanıtmaqla yerli müəssisələrin beynəlxalq bazara daha asan çıxışına imkan yaradacaq.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan  Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən AZS 065-2023 “Narşərab. Texniki şərtlər” milli standartı əsasında ГОСТ 35230-2024 “Наршараб. Технические условия” yeni standart layihəsi hazırlanıb və MDB ölkələri Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura (МГС) tərəfindən dövlətlərarası standart kimi qəbul edilib.

Yeni qəbul edilən dövlətlərarası standart ət və balıq məhsulları ilə, eləcə də milli yeməklərdə istifadə edilən, şəkər tozu əlavə olunmaqla qaynadılıb qatılaşdırılmış, təzə sıxılmış və ya konservləşdirilmiş nar şirəsindən hazırlanan və şüşə qabda pasterizə edilmiş narşəraba şamil edilir.

 

 

Tarix:

18 Dekabr, 2024