ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“EKOLOJİ TƏMİZ KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ STANDARTLAŞDIRILMASI ÜZRƏ” TEXNİKİ KOMİTƏNİN (AZSTAND/TK 31) ilk iclası keçirildi
7 May, 2021

05 may 2021-ci  il tarixində “Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının standartlaşdırılması üzrə” Texniki Komitənin ilk iclası keçirildi. İclasda Texniki Komitənin sədri, Gəncə Aqrobiznes Assosiasiyasının rəhbəri, a.e.f.d. Vüqar Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktoru professor Amin Babayev, əlaqələndirici şəxs olaraq Azərbaycan Standartlaşdırma İnstitutunun Aqrar və qida sənayesinin standartlaşdırılması şöbəsinin müdiri a.e.f.d. Bayram Əliyev, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun Bitki sağlamlığı şöbəsinin müdiri Camal Quliyev, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin baş məsləhətçisi Sabir Əhmədov, “Aqribioeko” MMC-nin prezidenti t.e.n. Əlibala Əlizadə, “Asena Ko” MMC-nin direktoru Vahid Hümmətov, Ekoloji Kənd Təsərrüfatı jurnalının redaktoru Həbib Abbasov, Azərbaycan Dövlət Aqrar Universitetinin Bitkiçilik və Bitki mühafizəsi kafedrasının müdiri b.e.f.d. Qurban Məmmədov, Azərbaycan Dövlət Aqrar Universitetinin Heyvandarlıq və balıq məhsulları  istehsalının texnologiyası kafedrasının baş müəllimi Sübhan Vəliyev, “Jaliar” MMC-nin direktoru Ağarza Cəlilov və Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işçisi Arzu Həşimova iştirak etmişdir.

İclasda “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, markalanması və satışının standartları” layihəsi və “Orqanik istehsal haqqında Azərbaycan Respublikası Qanun” layihəsinə dair təklif və müzakirələr aparılmışdır. TK-nin sədri Vüqar Babayev iclası giriş sözü ilə açaraq bildirdi ki, bu ilin yanvar ayında Texniki Komitə (TK) rəsmiləşdi və TK-yə uğurlar arzu etdi.

A.Babayev çıxış edərək bildirmişdi ki, müxtəlif bitkilərin məhsuldarlıq göstəriciləri əsasında ekoloji kənd təsərrüfatı sistemində “sağlam torpaq” anlayışının konkret torpaq ərazisinin inteqral ekoloji funksiyaları ilə bağlı olduğu və təbii resursların keyfiyyətinin elmi əsaslarla qiymətləndirilməsi ideyası uzunmüddətli təcrübələr yolu ilə sübuta yetirmişdir. Bu tədqiqatlar Azərbaycanda yeni kənd təsərrüfatı sisteminin inkişafı üçün elmi töhfədir və ölkəmizdə ekoloji tarazlığı qənaətbəxş hesab edilən bölgələrdə yüksəkgəlirli investisiya proqramlarının həyata keçirilməsi üçün iqtisadi əhəmiyyət kəsb edir. Tədqiqatlara əsasən Gəncəbasar və Şəki-Zaqatala regionlarında konvensional və ekoloji kənd təsərrüfatı sistemlərinin 2025-ci il üçün iqtisadi inkişaf hədəfləri müəyyənləşdirilib. Rəhbərlik etdiyi “Mərkəz”-in fəaliyyəti sayəsində Azərbaycanda ilk dəfə olaraq 300-ə qədər fermer Avropa Akkreditasiya orqanları tərəfindən sertifikatlaşdırılaraq “Orqanik Fermer” statusu almışlar və hal-hazırda onların istehsal etdikləri ekoloji məhsul Avropa ölkələrinə ixrac olunaraq ölkə büdcəsinə valyuta axını yaratmışdır. 

 

Tarix:

7 May, 2021