ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ölkədə distant təhsil xidmətləri üzrə yeni dövlət standartı qəbul edilib
30 Aprel, 2025

   Yeni dövlət standartı distant təhsil xidmətlərinin keyfiyyət və əlçatanlığını artıracaq, təhsil müəssisələrinin daha effektiv və şəffaf şəkildə fəaliyyət göstərməsinə şərait yaradacaq.

 Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən beynəlxalq standart əsasında AZS ISO 29994:2025 “Təhsil və təlim xidmətləri. Distant təhsilə dair tələblər” yeni dövlət standartı qəbul edilib. 

Yeni dövlət standartı distant təhsil xidmətlərinin layihələndirilməsi, göstərilməsi, monitorinqi və qiymətləndirilməsi proseslərini ehtiva etməklə, bu sahədə beynəlxalq tələblərə uyğunluğu təmin edir. 

Sözügedən dövlət standartının ölkədə tətbiq edilməsinin məqsədi yeni texnologiyaların imkanlarından yararlanmaqla təhsil sistemində çevikliyi və əlçatanlığı artırmaq, eləcə də dünyanın istənilən nöqtəsindən keyfiyyətli təhsil almaq üçün geniş imkanlar yaratmaqdır.

Yeni dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırılma üzrə Texniki Komitə (AZSTAND/TK 08) tərəfindən müzakirəyə çıxarılıb və AZSTAND tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

 

Tarix:

30 Aprel, 2025