ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ölkədə qablaşdırma üzrə yeni dövlət standartları qəbul edilib
28 Aprel, 2025

   Yeni dövlət standartlarının qəbulu qablaşdırma tullantılarının zərərli təsirlərinin qarşısının alınması, o cümlədən təkrar istifadəsi və bərpasına şərait yaradacaq, ekoloji tarazlığı təmin edəcək.

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS EN 13429:2025 “Qablaşdırma – Təkrar istifadə”, AZS EN 13430:2025 “Qablaşdırma – Materialı təkrar emal edilə bilən qablaşdırmaya dair tələblər” və AZS EN 14182:2025 “Qablaşdırma – Terminologiya – Əsas termin və təriflər” yeni dövlət standartları qəbul edilib.

Bu standartların tətbiqində məqsəd təkrar istifadə oluna bilən qablaşdırmaların ətraf mühitə zərərli təsirlərinin minimuma endirilməsinə, o cümlədən material dövriyyəsinə yenidən inteqrasiya oluna bilən qablaşdırma miqdarını artırmaqla tullantı poliqon sahələrinin azaldılmasına nail olmaqdır. 

Qeyd edək ki, yeni dövlət standartları “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK-09) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Qeyd: Yeni dövlət standartları Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 saylı Sərəncamı ilə təsdiq edilən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın 8.2.2-ci bəndinin icra edilməsi məqsədilə Avrop Parlamenti və Şurasının 20 dekabr 1994-cü il tarixli 94/62/EC nömrəli “Qablaşdırma və Qablaşdırma Tullantıları haqqında” Direktivinin istinad standartlarının autentik tərcüməsi əsasında işlənib hazırlanıb.

 

Tarix:

28 Aprel, 2025