İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ETSI/EG 202057 1V1.3.1:2023 “Nitqin emalı, ötürülməsi və keyfiyyəti aspektləri (STQ); İstifadəçi ilə əlaqəli Xidmət keyfiyyəti (QoS) parametrlərinin izahları və ölçmələri; 1-ci hissə: Ümumi” yeni dövlət standartı qəbul edilib.
Yeni dövlət standartı istifadəçi tərəfindən qəbul edilən bir sıra xidmətlərin keyfiyyət (Quality of service – QoS) parametrləri üzrə izahları və ölçmə üsullarını ehtiva edir. Bu parametrlərin məqsədi istifadəçilər tərəfindən təqdim edilən QoS-un obyektiv və müqayisə oluna bilən ölçülərini müəyyən etməkdir. Dövlət standartı telekommunikasiya xidmətinə şamil edilir.
Sözügedən standart “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 05) rəy və təkliflər nəzərə alınmaqla müzakirə edilib və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.